Italia

İtaliya
Bradley Weber - CC BY 2.0 Maurizio Moro5153 - CC BY-SA 4.0 Jean-Pol GRANDMONT - CC BY 4.0 Petar Milošević - CC BY-SA 4.0 cattan2011 - CC BY 2.0 Alicudi - CC BY-SA 3.0 This Photo was taken by Wolfgang Moroder. Feel free to use my photos, but please mention me as - CC BY-SA 3.0 Kiban - CC BY-SA 3.0 Vega7cnv - CC BY-SA 3.0 alfio cioffi from Asti, Italia - CC BY-SA 2.0 Fausto Zambra - CC BY-SA 4.0 Veronika.szappanos - CC BY-SA 4.0 Threecharlie - CC BY-SA 3.0 Fraromana88 - CC BY-SA 4.0 This Photo was taken by Wolfgang Moroder. Feel free to use my photos, but please mention me as - CC BY-SA 4.0 Paoladc91 - CC0 Didier Descouens - CC BY-SA 4.0 Paebi - CC BY-SA 4.0 Giulia Lavagnoli - CC BY-SA 4.0 Tyler Bell - CC BY 2.0 holger mohaupt - CC BY-SA 3.0 Alessandro Ricci (Alrige) - CC BY-SA 3.0 Whgler - CC BY-SA 3.0 Gvwcrossmedia - CC BY-SA 4.0 Aleproale - CC BY-SA 4.0 User GerardM on nl.wikipedia - CC BY-SA 3.0 This Photo was taken by Andrea Bertozzi. Feel free to use my photos, but please mention me as th - CC BY-SA 4.0 MaR Positano - CC BY-SA 4.0 Fausto Zambra - CC BY-SA 4.0 Alberto Davide Lorenzi - CC BY-SA 4.0 Antonella Balboni - CC BY-SA 4.0 Livioandronico2013 - CC BY-SA 4.0 Gabriele Altimari - CC BY 3.0 Pivari.com - CC BY-SA 4.0 Sefabetti - CC BY-SA 4.0 This Photo was taken by Wolfgang Moroder. Feel free to use my photos, but please mention me as - CC BY-SA 3.0 José Luiz - CC BY-SA 4.0 PsyCat - CC BY-SA 3.0 Starlight - Public domain qwesy qwesy - CC BY 3.0 This Photo was taken by Andrea Bertozzi. Feel free to use my photos, but please mention me as th - CC BY-SA 4.0 Persepolismo - CC BY-SA 4.0 Starlight - Public domain Maurizio Moro5153 - CC BY-SA 4.0 Azaupa - CC BY-SA 4.0 Paris Orlando - CC BY-SA 4.0 Enzo Rippa - CC BY-SA 4.0 Enrico from Rome, Italy - CC BY 2.0 Didier Descouens - CC BY-SA 4.0 No images

Context of İtaliya

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir.

Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar...Read more

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir.

Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar. İtaliklərin bir qolu olan latınlar eramızdan əvvəl 8-ci əsrdə Roma çarlığının əsasını qoydu, hansı ki, sonradan "Respublika və Xalq" hökuməti əsasında idarə olunan respublika elan olundu. Roma Respublikası isə ilk növbədə Apennin yarımadasında yerləşən qonşu xalqları işğal etməyə başladı və sonradan Avropa, Şimali Afrika, Asiya bölgələrini də ələ keçirməyə müvəffəq oldu. Eramızdan əvvəl 1-ci əsrdən etibarən artıq Roma İmperiyası adlanan bu dövlət Aralıq dənizi hövzəsində dominant qüvvə oldu, həmçinin regionun aparıcı mədəni, siyasi, dini mərkəzinə çevrildi. Bütün bu müddət ərzində imperiya nə qədər böyüsə də, İtaliya bu böyük dövlətin metropoliyası olaraq qaldı.

Erkən Orta əsrlər dövründə, Qərbi Roma İmperiyasının süqutundan sonra, İtaliya ərazisi barbar hücumlarına məruz qaldı. Buna baxmayaraq, 11-ci əsrdən etibarən İtaliyanın şimali və mərkəzi regionlarında müxtəlif şəhər dövlətləri, dəniz respublikaları meydana gəldi ki, bu da ölkə ərazisində ticarət, kommersiya, bank sahələrində əməkdaşlıqla və öz növbəsində müasir kapitalizmə keçidlə nəticələndi. Bununla belə, Mərkəzi İtaliyanın əsas hissəsi teokratik Papa dövlətinin tabeliyində idi, Cənubi İtaliya bölgəsində isə 19-cu əsrə qədər feodal münasibətləri davam etdi. Avropaya yeni nəfəs verən İntibah dövrü də İtaliyada başladı və sonradan bütün Avropaya yayıldı. Həmin dövrdə Avropa xalqlarının yenidən humanizm, elm, coğrafi kəşflər, incəsənət kimi mühüm sahələrə marağı artdı. İtalyan mədəniyyəti dirçəldi, məşhur alimlər, rəssamlar, polimatlar meydana çıxdı. Orta əsrlər dövründə italiyalı tədqiqatçılar Uzaq Şərq və Yeni dünyaya aparan yeni marşrutlar kəşf etdi. Buna baxmayaraq, Aralıq dənizini kənarda qoyan yeni ticarət marşrutlarının açılması nəticəsində İtaliyanın ticari və siyasi gücünə ciddi zərər dəydi. İtaliya şəhər dövlətləri arasında əsrlər boyunca davam edən toqquşmalar və rəqabət onları zəiflətdi, İtaliyanı vahid dövlət halında birləşməyə imkan vermədi. Həmin şəhər dövlətlər isə müxtəlif Avropa qüvvələrinin işğalına məruz qaldı.

19-cu əsrin ortalarından etibarən italyan milliyətçiliyi ideyasının yüksəlişi ilə birlikdə xalqın xarici işğala qarşı inqilabi hisləri qalxdı. Əsrlər boyunca davam edən xarici ağalığına qarşı italyan xalqının milli mübarizəsi 1861-ci ildə öz nəticəsini verdi və elə həmin ildə böyük güc kimi tanınan vahid İtaliya Krallığı yarandı. 19-cu əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər ölkədə sürətli sənayeləşmə prosesi baş tutdu, lakin İtaliyanın cənubu bu prosesdən bir qədər kənarda qaldı. Birinci dünya müharibəsi ərzində "Böyük dördlük" tərəfdə olmasına baxmayaraq, müharibədən sonra ölkə iqtisadi böhran və sosial qarışıqlıq mərhələsinə daxil oldu ki, nəticədə 1922-ci ildə italyan faşizmi ölkədə hakimiyyəti ələ keçirdi. İkinci dünya müharibəsindəki hərbi məğlubiyyət iqtisadiyyatın çökməsinə və vətəndaş müharibəsinin başlamasına səbəb oldu. 1946-cı ildə monarxiyanın ləğv olunması nəticəsində demokratik respublika quruldu, yüksək iqtisadi inkişaf əldə olundu və İtaliya dünyanın ən çox inkişaf etmiş ölkələrindən birinə çevrildi.

Bugün İtaliya mədəni və iqtisadi cəhətdən dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur, ÜDM reytinqinə görə dünyada səkkizinci, Avropa İttifaqı ölkələri arasında üçüncü pillədədir, həmçinin mərkəzi bankında olan qızıl ehtiyatının həcminə görə dünya ölkələri arasında üçüncü yerdə qərarlaşmışdır. İnsanların orta ömür müddəti, yaşam keyfiyyəti, səhiyyə və təhsil sahələrində qabaqcıl mövqedədir. Ölkə regional və qlobal səviyyədə iqtisadi, hərbi, mədəni və diplomatik sahələrdə məsələlərin həllində önəmli rol oynayır və böyük güc hesab edilən ölkələrdən biridir. Ölkə Avropa İttifaqı da daxil olmaqla, BMT, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, Böyük yeddilər, G20, Avropa Şurası, Şengen zonası və bir çox başqa beynəlxalq təşkilatların qurucu və ya aparıcı üzvüdür. Ölkə uzun müddət incəsənət, musiqi, ədəbiyyat, fəlsəfə, elm və texnologiya, həmçinin dəb sahələrində qlobal mərkəz rolu oynamışdır. Öz mədəni zənginliyi ilə fərqlənən İtaliya Ümumdünya irsi siyahısında olan mədəni abidələrinin sayına görə də (55) ilk pillədədir və xarici turistlər tərəfindən ən çox ziyarət olunan beşinci ölkədir..

More about İtaliya

Basic information
  • Currency Avro
  • Native name Italia
  • Calling code +39
  • Internet domain .it
  • Mains voltage 230V/50Hz
  • Democracy index 7.74
Population, Area & Driving side
  • Population 58850717
  • Area 302068
  • Driving side right

Phrasebook

Salam
Ciao
Dünya
Mondo
Salam dünya
Ciao mondo
Çox sağ ol
Grazie
sağol
Arrivederci
Bəli
Yox
No
Necəsən?
Come stai?
Yaxşı, təşəkkür edirəm
Bene grazie
Neçəyədir?
Quanto costa?
Sıfır
Zero
bir
Uno

Where can you sleep near İtaliya ?

Booking.com
489.290 visits in total, 9.196 Points of interest, 404 Destinations, 117 visits today.