Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi

Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir.

Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir.

Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar t...Read more

Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi

Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir.

Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir.

Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.

Panteonda İtaliyanın bir çox məşhur adamları: Rafael, kral Viktor II Emmanuel və I Umberto dəfn edilmişdir. Damında olan yarıq Panteonun özəl xüsusiyyətlərindəndir.

Photographies by:
Rabax63 - CC BY-SA 4.0
Nenesita1 - CC BY-SA 3.0
No machine-readable author provided. AlMare assumed (based on copyright claims). - Public domain
Statistics: Position
770
Statistics: Rank
425803

Add new comment

CAPTCHA
Security
864527319Click/tap this sequence: 3791
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near Panteon (Roma) ?

Booking.com
9.083.386 visits in total, 407.503 Points of interest, 405 Destinations, 38.585 visits today.