David (Michelangelo)

( David (Mikelancelo) )

David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.

Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 187...Read more

David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.

Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur.

Photographies by:
Olivier Bruchez - CC BY-SA 2.0
Statistics: Position
115
Statistics: Rank
732010

Add new comment

CAPTCHA
Security
639754821Click/tap this sequence: 6538
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near David (Mikelancelo) ?

Booking.com
9.004.464 visits in total, 407.503 Points of interest, 405 Destinations, 1.803 visits today.