Colosseo

( Kolizey )

Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır.

Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.

Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenid...Read more

Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır.

Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.

Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa edilmişdir. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi.

Photographies by:
Jaakko Luttinen - CC BY-SA 3.0
Statistics: Position
12
Statistics: Rank
3842268

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
419385726Click/tap this sequence: 5162

Google street view

Where can you sleep near Kolizey ?

Booking.com
490.010 visits in total, 9.198 Points of interest, 404 Destinations, 59 visits today.