Basilica di San Pietro in Vaticano

( Müqəddəs Pyotr bazilikası )

Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid kilsə.

Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik""xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir.

Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən et...Read more

Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid kilsə.

Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik""xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir.

Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.

Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir. Müqəddəs Pyotr bazilikası Erkən Xristian Kilsəsi, Papalıq, Reformasiya, Katolik Kontrreformasiyası kimi tarixi hadisələrlə, bir çox mühüm sənətkarlarla, xüsusilə Mikelancelo ilə birbaşa əlaqəlidir. Bina kimi, kilsə öz dövrünün ən möhtəşəm inşaat nümunələrindən biridir. Müqəddəs Pyotr bazilikası dünyada Böyük bazilika statusu daşıyan dörd kilsədən biridir. Geniş yayılmış fikir qarışıqlığına baxmayaraq, yepiskop iqamətgahı olmayan Müqəddəs Pyotr bazilikası kafedral deyil; Roma yepiskopu olan Papanın kafedrası isə Lateran bazilikasında yerləşir.

Photographies by:
Statistics: Position
462
Statistics: Rank
183780

Add new comment

CAPTCHA
Security
317582964Click/tap this sequence: 2716
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Müqəddəs Pyotr bazilikası ?

Booking.com
491.603 visits in total, 9.211 Points of interest, 405 Destinations, 75 visits today.