Kalyan minarəsi (fars. مناره کلان‎) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə. Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir.

Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir.

Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub.

Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən is...Read more

Kalyan minarəsi (fars. مناره کلان‎) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə. Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir.

Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir.

Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub.

Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən istifadə olunurdu.

Tikilişindən yüz il sonra şəhərə hücuma keçən Çingiz xanın orduları tərəfindən dağıdılmaqda olduğu zaman, tikili xanda dərin təsir hissi yaratdığı üçün dağıdılmasının qarşısını aldı. 20-ci yüzilliyin əvvəllərinə qədər ölüm hökmü ilə cəzalandırılanlar buradan aşağı atıldığı üçün minarə Ölüm Qülləsi olaraq da adlandırılırdı.

Photographies by:
Jean-Pierre Dalbéra from Paris, France - CC BY 2.0
Statistics: Position
3236
Statistics: Rank
35735

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
236598147Click/tap this sequence: 4611

Google street view

Where can you sleep near Kalyan minarəsi ?

Booking.com
487.355 visits in total, 9.187 Points of interest, 404 Destinations, 40 visits today.