Səmərqənd


Səmərqənd (fars. سمرقند‎; özbəkcə: Samarqand) ― Özbəkistanın cənubunda tarixi şəhər, Səmərqənd vilayətinin mərkəzi. Zərəfşan çayının vadisində, Daşkənddən 275 kilometr cənub-qərbdə yerləşən Səmərqəndin əhalisi 566 min nəfərdir. Mühüm bir sənaye (avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi və s.) və təhsil (Səmərqənd Universiteti) mərkəzi olan bu şəhər Teymurləng zamanından qalan tarixi abidələrləri ilə (Bibixanım məscidi və məqbərəsi, 1399–1404; Teymurləngin Guri Əmir adlı türbəsi, Uluğbəyin türbəsi, 1405; və s.) çox sayda turist cəlb edir.

Qədim zamanlardan bəri insanların məskəni olan Səmərqənd, e.ə. 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilmişdir. 751-ci ildə müsəlmanlar əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib müsəlman dünyasında ilk kağız karxanasını Səmərqənddə tikmişdirlər. Buradan bu vərdiş bütün Ərəb xilafətinə, sonralar isə Avropaya yayıldı. Samanilər dövründə Səmərqənd iqtisadi baxımdan olduqca inkişaf etdi. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlində keçdi. 1220-ci ildə Çingiz xan tərəfindən yandırılıb viran ediləndən sonra, Teymurləngin paytaxt edilməsi ilə yenidən inkişaf etdi və iri mədəniyyət mərkəzinə çevrildi. 1499-cu ildə Şeybani özbəklər tərəfindən işğal olunub paytaxt edildi. XVI əsrdə Şeybanilər paytaxtı Buxaraya köçürdülər və Səmərqəndin əhəmiyyəti azalmağa başladı. Nadir şahın buraya hücumu sakinlərinin çoxusunu şəhəri tərk etməyə məcbur etdi. 1868-ci ildə Rusiya imperiyasının tərkibinə girdi və 1888-ci ildə buraya dəmir yolu çəkildikcə yenidən böyük iqtisadi mərkəzə döndü. 1925–1930-cu illərdə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı idi.

Photographies by:
Statistics: Position
416
Statistics: Rank
196037

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
869327541Click/tap this sequence: 5617

Google street view

Where can you sleep near Səmərqənd ?

Booking.com
489.917 visits in total, 9.197 Points of interest, 404 Destinations, 82 visits today.