Context of Özbəkistan

Özbəkistan (özb. Oʻzbekiston) və ya rəsmi adı ilə Özbəkistan Respublikası (özb. O‘zbekiston Respublikasi) — Mərkəzi Asiyada dövlət. Özbəkistan Mərkəzi Asiyanın mərkəzi hissəsində yerləşir. Şimalda Qazaxıstan, şimal-şərqdə Qırğızıstan, cənub-şərqdə Tacikistan, cənubda Əfqanıstan, cənub-qərbdə isə Türkmənistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəri, ümumi sahəsi 448,978 kvadrat kilometr, əhalisinin sayı 35 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yeri tutur. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və Lixtenşteynlə birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Nukus, Fərqanə, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və m...Read more

Özbəkistan (özb. Oʻzbekiston) və ya rəsmi adı ilə Özbəkistan Respublikası (özb. O‘zbekiston Respublikasi) — Mərkəzi Asiyada dövlət. Özbəkistan Mərkəzi Asiyanın mərkəzi hissəsində yerləşir. Şimalda Qazaxıstan, şimal-şərqdə Qırğızıstan, cənub-şərqdə Tacikistan, cənubda Əfqanıstan, cənub-qərbdə isə Türkmənistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəri, ümumi sahəsi 448,978 kvadrat kilometr, əhalisinin sayı 35 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yeri tutur. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və Lixtenşteynlə birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Nukus, Fərqanə, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Gur-Əmir mavzoleyi, Ağ-Saray, Registan meydanının adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Səmərqənddəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Özbəkistan dəmiryollarının sıxlığına görə Mərkəzi Asiyada birinci yerdədir.

More about Özbəkistan

Basic information
  • Currency Özbəkistan sumu
  • Calling code +998
  • Internet domain .uz
  • Mains voltage 220V/50Hz
  • Democracy index 2.12
Population, Area & Driving side
  • Population 34915100
  • Area 448978
  • Driving side right

Where can you sleep near Özbəkistan ?

Booking.com
487.376 visits in total, 9.187 Points of interest, 404 Destinations, 2 visits today.