Şəhrisəbz (özb. Шаҳрисабз Shahrisabz; tac. Шаҳрисабз; fars. شهر سبز‎: "yaşıl şəhər"; rus. Шахрисабз) ― Özbəkistanın cənubundakı Qaşqadərya vilayətində, Səmərqəndin 80 km cənubunda şəhər. 2014-cü ilə olan məlumata əsasən şəhərin əhalisi 100 300 nəfər olmuşdur. Tarixən Keş və ya Kiş adları ilə tanınan Şəhrisəbz bir zamanlar Mərkəzi Asiyanın böyük şəhərlərindən biri və Əhəmənilər İmperiyasının əyaləti olan Soqdianın mühüm şəhər mərkəzi olmuşdur. Bu gün şəhər ilk növbədə Əmir Teymurun doğulduğu yer olaraq tanınır.

Əvvəllər Keş və ya Kiş ("ürək xoşagələn") olaraq da tanınan Şəhrisəbz Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. 2700 il əvvəl əsası qpyulmuş şəhər eramızdan əvvəl VI–IV əsrlərdə Əhəmənilər imperiyasının bir hissəsini təşkil etmişdir. Keş bu dövr ərzində imperiyanın tərkibindəki böyük bir əyalət olan Soqdianın əhəmiyyətli şəhər mərkəzi olaraq qalmışdır. Əhəmənilər dövrünə aid sənədlərdə şəhər divarlarının yenilənməsindən bəhs edilir.[1] Şəhər Teymurilər dövründən bəri Şəhrisəbz olaraq tanınır.[2]

Makedoniyalı İskəndərin generalı Ptolemey, Baktriya satraplığını ələ keçirdi və Əhəmənilər imperiyasının varlığına son qoydu.

Makedoniyalı İsgəndər qışı keçirmək üçün şəhəri seçdi və e.ə 328–327-ci illərdə ərazidə yoldaşı Roksana ilə görüşdü. 567–658-ci illər arasında Keş hökmdarları Türk və Qərbi Türk xaqanlıqlarının xaqanlarına vergi ödəyirdilər. Şəhər 710-cu ildə ərəblər tərəfindən fəth edildi[1] və XIII əsrdə monqolların Xarəzmi fəth etməsindən sonra bölgə Barlas qəbiləsinin nəzarəti altına keçdi.[3] Bu nəslin bütün üzvlərinin ərazi ilə əlaqəsi vardır.

↑ 1 2 Pavel Lurje, (2009), 'KEŠ' Encyclopaedia Iranica Arxivləşdirilib 2012-11-17 at the Wayback Machine (online) "Shahrisabz Travel Guide". Caravanistan (ingilis). İstifadə tarixi: 2021-04-13. B.F. Manz, The rise and rule of Tamerlan, Kembric Universiteti, Kembric 1989, s. 156–7
Photographies by:
Jean-Pierre Dalbéra from Paris, France - CC BY 2.0
Statistics: Position
2166
Statistics: Rank
57176

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
321497865Click/tap this sequence: 2756

Google street view

Where can you sleep near Şəhrisəbz ?

Booking.com
489.925 visits in total, 9.198 Points of interest, 404 Destinations, 90 visits today.