Context of Kastiliya

Kastiliyia (isp. Castilla - qəsrlər ölkəsi) İspaniyada tarixi-coğrafi ərazi. Rekonkista vaxtı müsəlmanlara qarşı mübarizədə xristianlar tədricən irəlilədikləri üçün, əraziləri ələ keçirdikcə orada dayaq nöqtələri eyni zamanda feodal qəsrləri tikirdilər. Kastiliya sözü buradan yaranıb.

İspaniyanın mərkəzi hissəsi - Kastiliya krallığı bütün yarımadanın beşdə üç hissəsini əhatə edirdi və rekonkistada başlıca rol oynamışdı. İşğal əsnasında Kastiliyada kilsə, ruhani-cəngavər cəmiyyətləri və dünyəvi feodalların iri,qüdrətli və müstəqil torpaq mülkləri yaranmışdı. Lakin bununla yanaşı xırda zadəgan torpaq sahibliyi də xeyli inkişaf etmişdi. Rekonkistada iştirak etmiş cəngavərlər - idalqolar Kastiliyada xüsusi ilə çox idilər. Onlar dinc əməyə həqarətlə baxır, əksəriyyəti çox yoxsul şəraitdə yaşayırdılar.

Where can you sleep near Kastiliya ?

Booking.com
510.722 visits in total, 9.227 Points of interest, 405 Destinations, 502 visits today.