El jardín de las delicias

( Dünyəvi zövqlər bağı )

Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mə...Read more

Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir. Sağ lövhədə incə cəhənnəm əzabı və əziyyət çəkən fiqurlar göstərilmişdir.

İncəsənət tarixçiləri və tənqidçilər qeyd edirlər ki, bu rəsm əsəri insanlara həyatın cəlbedici təhlükələri haqqında öyrədici xəbərdarlıq xüsusiyyətinə malikdir. Lakin əsərin xüsusilə mərkəzi panelində fiqurların qarışıqlığı və hətta kiçik detallarda da simvolizmdən istifadə edilməsi əsrlər boyunca əsərdəki müxtəlif səhnələrin tədqiqatçılar tərəfindən müxtəlif şəkildə şərh edilməsinə səbəb olmuşdur. İyirminci əsr incəsənət tarixçiləri əsərin mərkəzi lövhəsində əxlaqi xəbərdarlıq, yoxsa itirilmiş cənnətin təsvir edilməsi məsələsində iki tərəfə ayrılmışlar. Amerika yazıçısı Peter S. Biql qeyd edir ki, mərkəzi paneldə “mükəmməl azadlıqdan zəhərlənmiş mühitdə insanlar erotik qarışıqlıqdan çılğına dönmüş şəkildə təsvir edilmişdir.”

Həyatı boyunca Bosx, üç böyük triptix yaratmışdır ki, bunların hər üçü də soldan sağa planlanmış və hər üçündə də, lövhələrdəki təsvirə ümumi mövzu baxımından yanaşmaq tələb olunur. Hər üç əsərdə rəssam o zamana qədər az müraciət olunmuş tarixi-dini mövzulara müraciət etmişdir. Bu dövrün triptixləri adətən sıra ilə planlanır, sağ və sol lövhələrdə Ədən bağı, mərkəzi lövhədə isə Böyük məhkəmə təsvir edilirdi. Əsərin bütün sətiraltı mənası isə mərkəzi paneldə ifadə olunurdu. Əsərin altar üçün nəzərdə tutulması haqqında məlumat olmasa da, ümumi fikir bu yönümdədi. Lakin mərkəzdəki bağ səhnəsindən əlavə sağ paneldə cəhənnəmin təsvir edilməsi əsərin hansısa kilsə və ya monastır üçün deyil, kilsə mənsubu olmayan birinin sifarişi ilə işləndiyi ehtimalını yaradır.

Photographies by:
Hieronymus Bosch - Public domain
Statistics: Position
84
Statistics: Rank
537046

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
369728145Click/tap this sequence: 1354

Google street view

Where can you sleep near Dünyəvi zövqlər bağı ?

Booking.com
487.371 visits in total, 9.187 Points of interest, 404 Destinations, 4 visits today.