Creazione di Adamo

( Adəmin yaradılması )

Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511-1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. “Adəmin yaradılması” əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin “Mona Liza” əsəri ilə müqayisə edilə bilər.

Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” və Mikelancelonun “Adəmin yaradılması” freskoları bütün zamanlarda ən...Read more

Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511-1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. “Adəmin yaradılması” əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin “Mona Liza” əsəri ilə müqayisə edilə bilər.

Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” və Mikelancelonun “Adəmin yaradılması” freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir.

Photographies by:
Michelangelo - Public domain
Statistics: Position
4655
Statistics: Rank
75554

Add new comment

CAPTCHA
Security
364927518Click/tap this sequence: 4931
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Adəmin yaradılması ?

Booking.com
8.719.695 visits in total, 407.503 Points of interest, 405 Destinations, 5.833 visits today.