Context of Uruqvay

Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur.

1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı. Uruqvay 1811-1828-ci illər aralığında davam edən (Argentina-Braziliya müharibəsi) və dörd dövlətə qarşı aparılan (İspaniya, Portuqaliya, Argentina və Braziliya) azadlıq mü...Read more

Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur.

1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı. Uruqvay 1811-1828-ci illər aralığında davam edən (Argentina-Braziliya müharibəsi) və dörd dövlətə qarşı aparılan (İspaniya, Portuqaliya, Argentina və Braziliya) azadlıq mübarizəsinin nəticəsində 1828-ci ilin 28 avqustunda Montevideo sülh müqaviləsi imzalanmış və bununla da öz müstəqilliyini əldə etmişdir.

Ölkə ərazisində saxlanılan xarici hərbi qarnizon XX əsrin sonlarına qədər Uruqvayın daxili işlərinə bir başa müdaxilə etmək imkanına sahib oldu. Modern Uruqvay hal-hazırda Konstitusiyalı Respublika olaraq prezident (Xose Muxika) tərəfindən idarə olunur. Prezident dövlətin və hökumətin başçısı sayılır. Uruqvay hazırlanan analitik araşdırmalarda tez-tez Latın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biri kimi göstərilir.

More about Uruqvay

Basic information
  • Native name Uruguay
  • Calling code +598
  • Internet domain .uy
  • Mains voltage 220V/50Hz
  • Democracy index 8.61
Population, Area & Driving side
  • Population 3444263
  • Area 176215
  • Driving side right

3 things to do in Uruqvay

Phrasebook

İçki
Beber
Bağlı
Cerrado
Pivə
Cerveza
Buyurun
De nada
itələyin
Empujar
Tanış olmaqdan məmnunam
Encantada de conocerte
Giriş
Entrada
Kişilər
Hombres
Tualet
Inodoro
İnternet
Internet
çəkin
Jalar
Bağışlayın
Lo siento

Where can you sleep near Uruqvay ?

Booking.com
522.198 visits in total, 9.230 Points of interest, 405 Destinations, 288 visits today.