Context of Braziliya

Braziliya və ya Braziliya Federativ Respublikası (port. República Federativa do Brasil) — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas.

Braziliya ekvator və Oğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif flora və fauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib. Əhalisinin sayına görə dünyanın i...Read more

Braziliya və ya Braziliya Federativ Respublikası (port. República Federativa do Brasil) — Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, Qayana və Fransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə Argentina və Paraqvay, qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim Vaz və Atol das Rocas.

Braziliya ekvator və Oğlaq tropiki tərəfindən iki yerə bölünür. Ölkə müxtəlif flora və fauna ilə zəngindir. Braziliyanın əhalisi əsasən sahilboyu yerləşən iri şəhərlərdə cəmləşib. Əhalisinin sayına görə dünyanın iri ölkələrindən biri olmasına baxmayaraq, Braziliya əhalisinin sıxliği aşağıdır. Ölkənin mərkəzi hissəsinin əhali sıxlığı xüsusilə aşağıdır.

More about Braziliya

Basic information
  • Currency Braziliya realı
  • Native name Brasil
  • Calling code +55
  • Internet domain .br
  • Mains voltage 220V/60Hz
  • Democracy index 6.92
Population, Area & Driving side
  • Population 203062512
  • Area 8515767
  • Driving side right
History
  •  I Pedru-Braziliyanın Portuqaliyadan müstəqilliyini bəyan edir. 7 sentyabr 1822-ci il.

    21 aprel 1500-cü ildə portuqaliyalı gəmiçi Pedro Alveras Cabrol ilk dəfə Cənubi Amerikaya ayaq basdı və ölkəni Portuqaliya kralı adına zəbt etdiyini elan etdi. 1530-cu illərdə Martın Alfonso da Sousa liderliyindəki bir kəşf gəzintisi əsnasında, strateji nöqtələr olan yerlərə, Rio-de-Janeyro, bir il sonra da bu günki Santos şəhərinin əsası olan Sao Vicente şəhərlərini qurdular. Piratiningo şəhəri də, 1532-ci ildə Sao Vicente yaxınlığında yüksək bir ərazidə quruldu. Portuqaliyaların İspaniya hakimiyyətinə girdiyi 1580-ci ildən 1640-cı ilədək Braziliya İspaniya müstəmləkəsi oldu. 1640-cı iildə Portuqaliyalılar Braziliyanı təkrar ələ keçirdilər. Dövlət mərkəzi 1763-cü ildə Salvadordan Rio-de-Janeyroya köçdü.

    1698-ci ildə San Pauloda bol miqdarda qızıl tapıldı. Daha sonra iç seqmentlərə Amazon hövzəsinə edilən kəşf gəzintiləri nəticəsində başqa mədənlər də tapıldı. Bölgədə müxtəlif feodal qruplar ortaya çıxsa da, çox yaşamayıb yenidən birlik təmin edildi.

    1572-ci ildə Braziliyanı rəhbərlik baxımından Salvador və Rio-de-Janeyrodan ibarət olmaq üzrə ikiyə ayıran sistem, XVII əsrin ilk rübünə qədər davam etdi. XVII və XVIII əsrlərdə ispanlar, ingilislər, fransızlar və almanlar zaman-zaman bu bölgəni ələ keçirmək istədilərsə də, müvəffəq ola bilmədilər. 1807-ci ildə Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsi ilə kral ailəsi və dövlətin bəzi liderləri Braziliyaya qaçdılar və 1808-ci ildə hökumət mərkəzini Rio de Janeyroda qurdular. O zaman Braziliyanın əhalisi 2.5 milyon nəfər idi, onlardan 400 min nəfəri ağ irqə, 1.3 milyon nəfəri zənci irqinə mənsub idi və 800 min nəfərini yerli xalqlar təşkil edirdi. Zəncilər böyük şəkərqamışı fermalarında və mədənlərdə işlədilmək üzrə 1538-ci ildə Afrikadan kölə olaraq gətirilmişlər. 1819-cu ildə Napoleonun Avropa dövlətlərinə məğlub olması nəticəsində Portuqaliya kralı, qardaşı oğlu Don Pedronu, Braziliya Ümumi Qubernatoru təyin edərək Portuqaliyaya geri döndü.

    ...Read more
     I Pedru-Braziliyanın Portuqaliyadan müstəqilliyini bəyan edir. 7 sentyabr 1822-ci il.

    1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə de Andrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər.Braziliya İstiqlal müharibəsində mübarizə nəticənində Braziliya qalıb gəlir. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi.

    Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdi. 1835–1845-ci illərdə ölkənin olan respublika tərəfdarları ilə Farrapus müharibəsi baş verir. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800 min kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu. 1896–1897-ci illərdə Kanudus müharibəsi baş verir ki, hədəf imperiyanın bərpası idi. 1912–1916 illərdə ölkədə növbəti vətəndaş müharibəsi (Kontestado müharibəsi).1914-cü ildə siyasi birliyi təmin edən Braziliya, bütün dünya ölkələri tərəfindən tanındı.

    1939–1941-ci illərdə Braziliya öz bitərəfliyini elan etdi, lakin sonralar antifaşist koalisiyaya daxil oldu. 1945-ci il 18 apreldə Braziliyada siyasi məhbuslar üçün amnistiya elan edildi. 1945-ci ilin mayında seçki haqqında qanun qəbul edildi. Elə həmin il 28 mayda siyasi partiyaların fəaliyyətinə icazə verildi. 1947-ci ilin sentyabrında ABŞ-la "Qərb yarımkürəsinin birgə müdafiəsi haqqında" pakt imzalandı. 1952-ci ildə ABŞ-la hərbi yardım haqqında sazış imzalandı. 1960-cı il 21 apreldə paytaxt Rio-de-Janeyrodan Braziliyaya köçürüldü. 1967-ci ildə ölkədə yeni Konstitusiya qəbul olundu, ölkədə avtoritar rejim gücləndi. Argentina ilə 1980-ci ildə atom enerjisindən istifadə haqqında sazış imzalandı. Belə bir sazış İraqla da bağlandı. 1981-ci ildə Nikaraqua, 1982-ci ildə Ekvadorla saziş bağlandı. 1983-cü ildə Braziliya və ABŞ kosmosda raketlərdən istifadə haqqında saziş bağladılar. Braziliya Latın Amerikası ölkələri içərisində kosmosa ilk süni peyk göndərən ölkə oldu.

    Read less

Phrasebook

Salam
Olá
Dünya
Mundo
Salam dünya
Olá Mundo
Çox sağ ol
obrigada
sağol
Adeus
Bəli
Sim
Yox
Não
Necəsən?
Como você está?
Yaxşı, təşəkkür edirəm
Tudo bem, obrigado
Neçəyədir?
Quanto isso custa?
Sıfır
Zero
bir
Um

Where can you sleep near Braziliya ?

Booking.com
489.450 visits in total, 9.196 Points of interest, 404 Destinations, 88 visits today.