Bolivia
BoliviyaContext of Boliviya
Boliviya (tam adı: Boliviya Çoxmillətli Dövləti; isp. Estado Plurinacional de Bolívia) — Cənubi Amerikada dövlət. Paytaxtı Sukre şəhəridir, La Pas, Koçabamba, Santa Cruz, Potosi kimi digər böyük şəhərləri də var. Ölkə Boliviya idarəçiliyi dövründə Yuxarı Peru adlandırılırdı. Sonradan ölkəyə Cənubi Amerikanı ispan əsarətindən qurtaran Simon Bolivarın şərəfinə Boliviya (Bolivarın ölkəsi) adı verilmişdir. Boliviyanın şimal və şimal-şərqdə Braziliya, cənub-şərqdə Paraqvay, cənubda Arqentina, cənub-qərb və qərbdə Çili və Peru ilə sərhədləri var. Cənubi Amerika ölkələr arasında dənizə çıxışı olmayan ən böyük ölkədir. Lakin 2010cu ildə Peru ilə imzalanmış sazişə əsasən Boliviyaya 99 illik icarəyə liman tikmək üçün dənizkanarı sahə verilib.
More about Boliviya
- Currency Boliviya bolivianosu
- Native name Bolivia
- Calling code +591
- Internet domain .bo
- Mains voltage 230V/50Hz
- Democracy index 5.08
- Population 11051600
- Area 1098581
- Driving side right
Boliviya 1809-cu ildə İspaniyayadan müstəqilliyini elan etməsinə baxmayaraq, 1825-ci ildə Boliviya İstiqlal müharibəsi nəticəsində ispan əsgərlərinin ölkədən çıxarılması ilə mümkün oldu.
Müstəqillik əldə etdikdən sonra Boliviyadakı siyasi hakimiyyət çox tez-tez dəyişilmişdir. Ölkə müstəqilliyini qazandığı 1825-ci ildən indiki dövrə qədər yüz səksənə yaxın inqilab, ondan çox dəyişdirilmiş konstitusiya və səksənə yaxın prezident görüb. Prezidentlərdən bəziləri hakimiyyəti qan tökərək ələ keçirdiblər və yenə eyni şəkildə hakimiyyətdən getməli olublar. Altı prezident hakimiyyətdə olduğu zaman öldürülüb.
Boliviyanın qonşu dövlətlərlə, xüsusi ilə də Çili və Paraqvay ilə olan əlaqələri gərgin olmuşdur. 1879-cu ildə müttəfiqi Peru ilə birlikdə, sərhəd probleminə görə Çiliyə hücum etdi. Ancaq 1883-cü ildə bitən Sakit okean müharibəsi Boliviya üçün məğlubiyyətlə bitdi. Sakit Okean bölgəsindəki sahil xəttini Çiliyə verməli olan Boliviyanın okean ilə olan əlaqəsi kəsildi və nəticədə ölkə dənizə çıxışı olmayan dövlətinə çevrildi. Bu müharibənin nəticəsi Boliviya xalqının indi də yaddaşından silinmir.
Boliviya həmcinin 1899–1903-cü illərdə Akri müharibəsində ərazisinin 191.000 km² ərazisini itirir. Ölkədə yenə bir sərhəd problemi üzündən 1932-ci ildə qonşu Paraqvay ilə müharibə edir. Cako müharibəsi adlandırılan bu müharibə 1935-ci ildə, Paraqvayın zəfəri ilə sona çatır, Boliviya isə mübahisəli bölgənin ancaq dörddə birini torpaqlarına qata bilir.