Şintoizm

Context of Şintoizm

Şintoizm və ya Şinto (yap.神道, şinto, "tanrıların yolu") — Yaponiyanın ənənəvi dini.

Qədim yaponların animist inanclarına əsaslanır və ibadət obyektləri çoxsaylı tanrılar və ölülülərin ruhudur. Etimoloji cəhətdən yaponca iki sözün birləşimindən yaranmışdır. Şin tanrılar və ya ruhlar, to isə yol deməkdir. Tarix boyu sintoizm daha çox buddizm və konfutsiçiliyin təsirlərinə məruz qalmışdır.

Qədim yaponlar onları əhatə edən təbiət hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları olduğunu deyir, onlara sitayiş edirdilər. Sintoizmdə həmçinin totemizm, animizm və digər ibtidai dinlərin də təsiri aşkar şəkildə əks olunmuşdur.

Hazırda Yaponiyada şintoistlərin 80 minə qədər məbədi, 119 milyondan artıq bu inananı var. Yaponiyadan başqa şintoizm ancaq Havayda və Braziliyada yayılmışdır ki, bu həmin ərazilərdə yapon imiqrantlarının çox olması ilə əlaqəlidir. Şintoizmdə əsas yerlərdən birini də, Kami inancı tutur.

More about Şintoizm

Where can you sleep near Şintoizm ?

Booking.com
8.723.691 visits in total, 407.503 Points of interest, 405 Destinations, 9.829 visits today.