夫婦岩

( Meoto İva )

Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.

Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.

Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.

Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var. Məbəd və qayaların yaxınlığında İse...Read more

Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.

Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.

Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.

Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var. Məbəd və qayaların yaxınlığında İse məbədi yerləşir.

Photographies by:
Statistics: Position
5579
Statistics: Rank
60239

Add new comment

CAPTCHA
Security
296871543Click/tap this sequence: 9183
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Meoto İva ?

Booking.com

What can you do near Meoto İva ?

8.722.842 visits in total, 407.503 Points of interest, 405 Destinations, 8.980 visits today.