明治神宮

( Meyci məbədi )

Meyci məbədi (明治神宮, Meyci-cinqu) – Tokionun Şibuya xüsusi rayonunda yerləşən şintoist məbədi. Məbəd İmperator Meyciyə və onun həyat yoldaşı İmperatriça Şokenə həsr olunub. Lakin imperatorun qəbri bu məbəddə deyil, Kiotonun cənubunda – Fuşimi-momoyamada yerləşir.

İmperator Meycinin 1912-ci ildə ölməsindən ardından Yaponiya parlamenti onun Meyci islahatındakı rolunu xatirələşdirmək qərarına gəldi. Meyci və həyat yoldaşı Şokenin ziyarət etdikləri Tokiodakı bir süsən bağçası məkan kimi seçildi.

Tikinti işlərinə İto Çuutanın başçılığı altında 1915-ci ildə başlanıldı və məbəd ənənəvi naqare-zukuri üslubunda tikildi. Məbədin tikintisi milli layihə idi və bütün Yaponiya boyunca gənclər və mülki təşkilatlar tikintidə köməklik göstərdilər.[1] Məbədin əsası 1920-ci ildə qoyulsa da, məbədin özü 1921-ci ildə tamamlandı. 1926-cı ildə isə zəmini bitirildi.[2] 1946-cı ilə qədər məbəd Kanpey-tayşa (官幣大社) statusuna malik idi. Bu statusa malik məbədlər hökumət tərəfindən dəstəklənən birinci dərəcəli məbədlər hesab olunurdu.[3]

İkinci dünya müharibəsində Tokionun hava bombardımanına məruz qalmasına nəticəsində orijinal bina məhv oldu. Məbədin bərpası üçün layihə başladıldı və 1958-ci ilin oktyabrında məbədin bərpa işləri tamamlandı.[4]

Məbədi bir çox siyasətçi ziyarət etmişdir: ABŞ prezidenti Corc U. Buş, ABŞ dövlət katibi Hillari Klinton[5] və Almaniya xarici işlər naziri Qido Vestervelle.[6]

Hardacre, Helen. Meiji Shrine // Huffman, James L. (redaktor). Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism. Routledge. 2013. səh. 151. ISBN 9781135634902. İstifadə tarixi: 22 avqust 2017. "Meiji Shrine". Encarta. Microsoft. 2009-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017. Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan, p. 126. "Shrine Building". 2008-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017. "Clinton visits Tokyo shrine". Hindustan Times. 17 February 2009. 10 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 August 2017. "Germany and Japan share the same values". Federal Foreign Office, Germany. 14 January 2010. 2010-02-07 tarixində arxivləşdirilib.
Photographies by:
Statistics: Position
1564
Statistics: Rank
81680

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
179352648Click/tap this sequence: 3725

Google street view

Where can you sleep near Meyci məbədi ?

Booking.com
487.354 visits in total, 9.187 Points of interest, 404 Destinations, 39 visits today.