Context of Macarıstan

Macarıstan (mac. Magyarország) — Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, Peç və Dyor daxildir.

Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu. 12-ci əsrə qədər regional güc ...Read more

Macarıstan (mac. Magyarország) — Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, Peç və Dyor daxildir.

Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu. 12-ci əsrə qədər regional güc olaraq öz mövqeyini qoruyan Macarıstan 15-ci əsrdə özünün mədəni və siyasi yüksəliş dövrünü yaşadı. 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində Macarıstanın bir hissəsi Osmanlı İmperiyası tərəfindən işğal olundu. Macarıstan 18-ci əsrin əvvəllərində Habsburqlar sülaləsinin idarəçiliyi altına keçsə də, sonradan Avstriya ilə birləşərək Avropanın əsas gücü hesab olunan Avstriya-Macarıstan İmperiyasını formalaşdırmışdır.

Birinci dünya müharibəsi başa çatdıqdan sonra Avstriya-Macarıstan İmperiyası da digər məğlub dövlətlər kimi parçalandı. 4 iyun 1920-ci ildə imzalanmış Trianon sülh müqaviləsi nəticəsində Macarıstanın indiki sərhədləri müəyyənləşdirildi. Beləliklə, bu sülh müqaviləsi ilə birlikdə ölkə ərazisinin 71%-ni, əhalisinin 58%-ni itirdi və etnik macarların 32%-i buranı tərk etdi. İkinci dünya müharibəsi zamanı Berlin-Roma-Tokio oxuna qoşulan Macarıstan çox böyük itkilər verdi, ölkədə dağıntılar baş verdi. Müharibədən sonra Macarıstan Sovet İttifaqının peyk dövlətinə çevrildi və nəticədə, ölkə ərazisində 40 ilə yaxın davam edən sosialist hakimiyyətinin əsası qoyuldu. Ölkə 1956-cı ildə baş vermiş Macar inqilabı sayəsində beynəlxalq diqqəti özünə cəlb etməyi bacardı. 1989-cu ildə Avstriya ilə sərhədin açılması hadisəsi Şərq blokunun dağılması prosesinə təkan verdi. Macarıstan 23 oktyabr 1989-cu ildə demokratik parlamentli respublika elan olundu.

21-ci əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ÜDM-nin həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşmışdır. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.

Macarıstan 2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil olmuşdur. Macarıstan hal-hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf etmişdir. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon nəfər turist səyahət etmişdir. Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.

More about Macarıstan

Basic information
  • Native name Magyarország
  • Calling code +36
  • Internet domain .hu
  • Mains voltage 230V/50Hz
  • Democracy index 6.5
Population, Area & Driving side
  • Population 9599744
  • Area 93036
  • Driving side right

Phrasebook

Salam
Szia
Dünya
Világ
Salam dünya
Helló Világ
Çox sağ ol
Köszönöm
sağol
Viszontlátásra
Bəli
Igen
Yox
Nem
Necəsən?
Hogy vagy?
Yaxşı, təşəkkür edirəm
Köszönöm, jól
Neçəyədir?
Mennyibe kerül?
Sıfır
Nulla
bir
Egy

Where can you sleep near Macarıstan ?

Booking.com
491.603 visits in total, 9.211 Points of interest, 405 Destinations, 75 visits today.