Context of Çexiya

Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada dövlət. Çexiya dənizə çıxışı olmayan ölkədir. Şimal və şimal-şərqdə Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, şərq və cəbub-şərqdə Slovakiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Praqa şəhəri, ümumi sahəsi 78,866 kvadrat kilometrdir. Ölkə tarixi 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Tarixi bölgə olan Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çexiya 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür və Şengen zonasına daxildir.

Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir. Paytaxt Praqa — 1 212 097 nəfər və Brno — 719 555 nəfər əhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.

More about Çexiya

Basic information
  • Currency Çex kronu
  • Native name Česko
  • Calling code +420
  • Internet domain .cz
  • Mains voltage 230V/50Hz
  • Democracy index 7.67
Population, Area & Driving side
  • Population 2000000
  • Area 78866
  • Driving side right
History
  •  Karlşteyn qalası (XIV əsr)

    Bohemiya bölgəsində yaşayan keltlər ölkənin tarixində məlum olan ilk yerli əhalisidir. V əsrdə şərqdən slavyan qəbilələri gələrək Elba çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq slavyan, alman və macarların işğallarına məruz qalmışdır. XIV əsrdə qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində Avstriya-Macarıstan İmperiyasına məğlub olaraq bu torpaqları itirmişdir. Avstriya, Bohemiya və Moraviyaya, Macarıstan isə Slovakiyaya hökm etməkdə idi. Birinci dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında Çexoslovak Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi.

    ...Read more
     Karlşteyn qalası (XIV əsr)

    Bohemiya bölgəsində yaşayan keltlər ölkənin tarixində məlum olan ilk yerli əhalisidir. V əsrdə şərqdən slavyan qəbilələri gələrək Elba çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq slavyan, alman və macarların işğallarına məruz qalmışdır. XIV əsrdə qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində Avstriya-Macarıstan İmperiyasına məğlub olaraq bu torpaqları itirmişdir. Avstriya, Bohemiya və Moraviyaya, Macarıstan isə Slovakiyaya hökm etməkdə idi. Birinci dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında Çexoslovak Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi.

    İkinci dünya müharibəsi nəticəsində 1945-ci ildə ölkə bu səfər də Rusiya tərəfindən işğal edildi. Çexoslovakiyanın şərqdəki Rütenya əyalətini öz torpaqlarına qatan Rusiya, təzyiq nəticəsində Çək Kommunist Partiyasını iqtidara keçirərək sosialist bir rejim qurdurdu. Yeni rəhbərlik öz anlayışı gərəyi azadlıqları məhdudlaşdırdı. Azadlıq tərəfdarı olan kəsləri həbsxana və ağıl xəstəxanalarına dolduraraq ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdi. 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı na daxil oldu. 1960 dan sonra əkinçilik kollektivləşdirildi. Nəqliyyat, ticarət və ağır sənaye dövlətləşdirildi. Mədəniyyət və dini inanclara təzyiq altına alındı. 1968-ci ildə Stalin tərəfdarlarının yerinə keçən Aleksandr Dubçek və Ludvik Svoboda ölkədə liberal bir siyasət izləyərək iqtisadiyyatda xaricə açılma istiqamətində müxtəlif islahatlar etdilər. Mətbuat və nəşr quruluşlarına azadlıq verildi. Kommunizmin diktatorluq rejimindən xilas olub insanca yaşamaq üçün səy sərf edən liderlər Rusiya idarəçiləri tərəfindən şiddətlə tənqid edildi. Çexoslovakiyadakı bu liberal islahatlar nəticəsində bir peykini itirmə qorxusu eşidən Rusiya ölkəni işğal etdi. Ölkələrə müstəqillik şüarları öyrədən Rusiya özünün etdiyi işğala qarşı gələn xalqı insafsızca tankların palitraları altında əzdi və ölkə idarəçilərini şiddətlə cəzalandırdı. Yüz minlərlə Çexoslovakiyalı, Rus zülmünə dözə bilməyərək Avstriya və Almaniyaya qaçdı.1989 da bütün şərq bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çox partiyalı sistemə keçildi və 1990 da ilk sərbəst seçki kecirildi. Kommunistlər qazana bilmədilər. Milliyyətçi Partiyalar iqtidar oldular. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovak respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. Edilən görüşmələr nəticəsində 25 noyabr 1992 günü edilən andlaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı.

    İntibah dövrü

    Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin birbaşa davamçısı — çex hökmdarlarından biri, XIII əsrin sonlarında hökmdarlıq edən IV Karldır. Onun dövrünü Çexiyanın intibah dövrü hesab etmək olar. Karlın hökmdarlığı ərəfəsində müqəddəs Vita məbədi, Karlov körpüsü, saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu ərəfədə Çexiyada Avropanın ən yaşlı universitetlərindən biri açılır. Çexiya tarixində təbliğatçı və islahatçı Yan Qusun əməyi danılmazdır. O, katolik kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini açıq-aşkar göstərmişdir. Bu mövqeyinə görə, onu tonqalda yandırmışdılar.

    Çexoslovakiya

    İkinci dünya müharibəsinin başa çatmasından sonra Sosialist blokuna qatılan Çexoslovakiya 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur. Çexiya və Slovakiya olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn Vatslav Klaus baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı.

    Read less

Phrasebook

Salam
Ahoj
Dünya
Svět
Salam dünya
Ahoj světe
Çox sağ ol
Děkuji
sağol
Ahoj
Bəli
Ano
Yox
Ne
Necəsən?
Jak se máte?
Yaxşı, təşəkkür edirəm
Dobře, děkuji
Neçəyədir?
Co to stojí?
Sıfır
Nula
bir
Jeden

Where can you sleep near Çexiya ?

Booking.com
487.349 visits in total, 9.186 Points of interest, 404 Destinations, 34 visits today.