Rəqs edən ev — Praqa şəhərində ofis binası. Dekonstruktivizm üslubunda tikilmiş iki silindr şəkilli qüllədən ibarətdir. Qüllənin biri normal, digəri isə destruksiya olunmuş formadadır. Rəqs edən ev rəqs edən cütlüyün memarlıq metaforası hesab olunur. Çox vaxt binanı "Cincer və Fred" adlandırırlar. Silidrdən biri, xarici görünüşcə qadını xatırladır. Onun orta hissəsi nazik olduğundan məhz rəqs edən Cincer Rocers xatırladır. Digər bina isə yuxarıya doğru genişləndiyindən kişi fiqurasını simvolizə edir və Fred Asterə bənzədilir.

Ev Praqa 2 rayonunda yerləşir. Resslov küçəsində yerləşən bu tikilinin memarları: xorvat Vlado Miluniç və kanadalı Frenk Qeridir. İnşaat işləri 1992–1996-cı illər arasında davam etmişdir. Binanın tikintisini Vatslav Havel maliyyələşdirib. Bina ofislər mərkəzi kimi fəaliyyət göstərir. Bir çox beynəlxalq kompaniyaların ofisləri məhz bu binada yerləşir. Tikilinin damında "La Perle de Prague" adlı fransız restoranı fəaliyyət göstərir.

Photographies by:
Andrés Nieto Porras from Palma de Mallorca, España - CC BY-SA 2.0
Statistics: Position
1581
Statistics: Rank
78356

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
314895627Click/tap this sequence: 6481

Google street view

Where can you sleep near Rəqs edən ev ?

Booking.com
490.003 visits in total, 9.198 Points of interest, 404 Destinations, 52 visits today.