Santa-Mariya-del-Fiore kafedralının günbəzi (it. La cupola di Cattedrale di Santa Maria del Fiore) və ya Brunelleski günbəzi (it. Cupola del Brunelleschi) — Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafdralının mərkəzi kəsişmə hissəsini örtən kərpic günbəzdir; inşası tamamlandığı dövrdə Brunelleski günbəzi dünyanın ən böyük günbəzi idi, Müqəddəs Pyotr bazilikasının günbəzinin inşasından bu günə kimi isə Santa-Mariya-del-Fiore kafedralının günbəzi dünyada kərpicdən inşa edilmiş ən böyük günbəz (daxili günbəzin maksimal diametri 45.5 metr, xarici diametri isə -54.8 metrdir) olaraq qalmaqdadır.
İntibah memarlığının sonrakı inkişafında oynadığı fundamental əhəmiyyətə və müasir memarlıq nəzəriyyəsinə təsirinə görə, bu günbəz günümüzə kimi Avropada Qədim Roma dövründən sonra həyata keçirilmiş ən mühüm memarlıq əsəri olaraq qalmaqdadır.
Add new comment