وليلي

( Volyubilis )

Volyubilis (Latınca tələffüz: [woˈluː.bi.lis], bər. Wolubilis, ərəb. وليلي‎) — Mərakeşin Meknes şəhəri yaxınlığında yerləşən və Mavretaniya krallığının qədim paytaxtı hesab olunan, qismən qazıntı aparılmış bərbər şəhəri. Bərəkətli kənd təsərrüfatı sahəsində inşa edilmiş şəhər Mavretaniya krallığının paytaxtı olmazdan əvvəl, e.ə. 3-cü əsrdən Bərbər, daha sonra isə Karfagen şəhəri olaraq inkişaf etmişdir. Volyubilis eramızın I əsrindən başlayaraq Roma hakimiyyəti altında sürətlə böyüdü və 2.6 km (1.6 mil) üzünluğundakı divar ilə əhatə olunaraq təxminən 42 hektara (100 hektar) qədər genişləndirildi. II əsrdə şəhər bir sıra böyük ictimai binalar, o cümlədən bazilika, ibadətgah və zəfər tağı qazandı. Əsasən zeytun yetişdirilməsindən əldə edilən tərəqqi böyük, mozaikalı döşəmələri olan bir çox gözəl şəhər evinin inşasına təkan verdi.

Şəhər 285-ci il ə...Read more

Şəhər 285-ci il ətrafında yerli qəbilələrin hakimiyyəti altına düşdü və Roma imperiyasının cənub-qərb sərhəddindən uzaqlığı və əlçatmazlığı səbəbindən bir daha heç vaxt Roma tərəfindən geri alınmadı. Şəhər ən azı 700 il daha Latınlaşmış xristian icması, daha sonra isə erkən Müsəlman əhalisi tərəfindən məskunlaşıldı. 8-ci əsrin sonlarında Mərakeş İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın iqamətgahı oldu. Lakin, 11-ci əsrdə iqamətgah Fəsə köçürüldü və Volyubilis tərk edildi. Yerli əhalinin çox hissəsi Volyubilisdən təxminən 5 km məsafədə yerləşən yeni Moulay İdris qəsəbəsinə köçürüldü.

Dağıntılar 18-ci əsrin ortalarında baş verən zəlzələ nəticəsində dağlana və Meknesi inşa etmək üçün daş axtaran Mərakeş hökmdarları tərəfindən talan edilənə qədər əhəmiyyətli dərəcədə toxunulmaz qaldı. XIX əsrin sonlarına qədər ərazinin qəti olaraq qədim Volyubilis şəhəri olduğu müəyyən edilməmişdi. Fransızların Mərakeş üzərində hakimiyyəti dövründə və sonra ərazinin təxminən yarısı qazılmış, bir çox nəfis mozaika aşkar edilmiş, daha məşhur ictimai binalar və yüksək statuslu evlər bərpa edilmiş və ya yenidən qurulmuşdur. Şəhərin dağıntıları, bu gün "İmperiyadan kənarda böyük bir Roma müstəmləkə şəhərinin olduqca yaxşı qorunan bir nümunəsi" olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Photographies by:
Subhros - CC BY-SA 3.0
Statistics: Position
3312
Statistics: Rank
34714

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
426958731Click/tap this sequence: 6648

Google street view

Where can you sleep near Volyubilis ?

Booking.com
489.361 visits in total, 9.196 Points of interest, 404 Destinations, 1 visits today.