تخت سلیمان

( Təxti Süleyman )

Təxti Süleyman (fars: تخت سلیمان‎, ) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir.

2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən “Böyük Alov” və ya “Hökmdar alovu”nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda “ādur Wishnāsp” adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir.

Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən is...Read more

Təxti Süleyman (fars: تخت سلیمان‎, ) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir.

2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən “Böyük Alov” və ya “Hökmdar alovu”nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda “ādur Wishnāsp” adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir.

Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır.

Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə. VI-V əsrlərdə, Midiya dövründə əsasının qoyulduğunu, Atropatena-Parfiya dövründə isə qalanın və şəhərdəki bir çox tikililərin inşa edildiyi ortaya çıxarmışdır. Şəhər Atropatena dövlətinin paytaxtı olmuşdur. Tədqiqatlar zamanı ərazidən Sasani şahlarına və Bizans imperatoru II Feodosiyə (408-450) aid sikkələr tapılmışdır.

Photographies by:
Zones
Statistics: Position
4751
Statistics: Rank
21441

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
615789234Click/tap this sequence: 1178

Google street view

Videos

Where can you sleep near Təxti Süleyman ?

Booking.com
489.111 visits in total, 9.195 Points of interest, 404 Destinations, 17 visits today.