آرامگاه شیخ صفی‌الدین اردبیلی

( Şeyx Səfi kompleksi )

Şeyx Səfi kompleksi (fars. آرامگاه شیخ صفی‌الدین اردبیلی‎) — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (...Read more

Şeyx Səfi kompleksi (fars. آرامگاه شیخ صفی‌الدین اردبیلی‎) — İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə Sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir.

Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.

Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Photographies by:
مهدی احدزاده - CC BY-SA 4.0
Zones
Statistics: Position
594
Statistics: Rank
278898

Add new comment

CAPTCHA
Security
974532168Click/tap this sequence: 5132
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Şeyx Səfi kompleksi ?

Booking.com

What can you do near Şeyx Səfi kompleksi ?

8.830.764 visits in total, 407.503 Points of interest, 405 Destinations, 5.282 visits today.