Safranbolu

Safranbolu Karabük vilayətinin turistlik qədim şəhəridir. Ankaranın 231 km şimalında və Qara Dənizin 90 km cənubunda yerləşir. Karabük mahalının mərkəzindən də 8 km şimalda yerləşir. Safranbolu şəhər mərkəzi və Karabük vilayət mərkəzi bir-birinə yaxındır.

Ev nümunələrinə "Beybazarı", "Göynük", "Daraqlı", "Odunbazarı" və "Osmaneli" kimi Türkiyənin bir çox yerində rast gəlinən klassik Osmanlı şəhər memarlığını əks etdirən tarixi Safranbolu evləri ilə məşhur olan şəhər, bu özəlliyi sayəsində 1994-cü il dekabr ayının 17 tarixindən bəri Türkiyədə "Dünya İrs Siyahısı"nda yer alan 9 mədəni irsdən biridir və turistlərin marağını çəkməkdədir. Safranbolun adı bölgədə yetişən və nadir bitki olan "safran" bitkisindən götürülüb.

Safranbolu coğrafi mövqeyinə görə tarix boyunca inzibati və ticarət mərkəzi olmuşdur. 2010-cu il qeydə alınmış əhalinin siyahısına əsasən, əhalinin sayı 49014 nəfərdir.

Tarixdə Paflaqoniya ola...Read more

Tarixdə Paflaqoniya olaraq adlandırılan ərazidə yerləşir və bir çox mədəniyyətə ev sahibliyi etmişdir. 1196-cı ildə qəti olaraq türklər tərəfindən alınmışdır. Osmanlı zamanında XVII əsrdə İstanbul-Sinop yolu üzərində olması səbəbindən tarixdəki ən mühüm dövrünü yaşamışdır.

2002-ci ildə qurulan Zonguldak Karaelmas Universitetinə bağlı Fethi Toker "incəsənət və dizayn" fakültəsi, Safranbolu yüksək peşə məktəbi və Safranbolu "turizm" fakültəsi var. Hazırda isə bu fakültələr Karabük universitetinə bağlıdır.

Photographies by:
Statistics: Position
1497
Statistics: Rank
192945

Add new comment

CAPTCHA
Security
687453192Click/tap this sequence: 5178
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Safranbolu ?

Booking.com

What can you do near Safranbolu ?

8.724.113 visits in total, 407.503 Points of interest, 405 Destinations, 10.251 visits today.