Kral Kaya Mezarları

( Kral qaya məzarları )

Kral qaya məzarları — Hellenistik dönəmdə, Amasyadakı Harşena dağının cənub ətəklərindəki əhəng daşlı qayalara oyulmuş olan abidə məzarları.

Amasyada, sahili Qara dəniz ilə Anadolunun digər bölgələrini birləşdirən, prehistorik çağlardan bəri istifadə yollarının kəsişmə nöqtəsində yerləşir. Yeşilırmak çayının yaratdığı dərin bir vadi içərisində qurulmuşdur. Çayın ikiyə ayırdığı bu vadinin şimalındakı 272 metr yüksəkliyində, sivri külah formasındakı əhəng daşı yığını minlərlə ildir Harşena dağı olaraq adlandırılır. Harşena dağının Yeşilırmak və vadisi ilə birlikdə meydana gətirdiyi bütöv kompozisiya, unikal bir mənzərəni göstərir.

İlk yaşayış Erkən Tunc dövründən başlamış və Osmanlı dövlətinin sonuna qədər da onlarla sivilizasiya (Frigya, İskit-Med, Fars, Pontos, Roma, Şərqi Roma, Danişmendli, Elxanlı, Səlcuqlu, Osmanlı) tərəfindən sığınacaq edilmişdir. Ərazidə Amasya qalasının yanı ilə, ellinizm dövrünün divarları, monumental qaya məzarları e.ə. I əsrə aid monume...Read more

Kral qaya məzarları — Hellenistik dönəmdə, Amasyadakı Harşena dağının cənub ətəklərindəki əhəng daşlı qayalara oyulmuş olan abidə məzarları.

Amasyada, sahili Qara dəniz ilə Anadolunun digər bölgələrini birləşdirən, prehistorik çağlardan bəri istifadə yollarının kəsişmə nöqtəsində yerləşir. Yeşilırmak çayının yaratdığı dərin bir vadi içərisində qurulmuşdur. Çayın ikiyə ayırdığı bu vadinin şimalındakı 272 metr yüksəkliyində, sivri külah formasındakı əhəng daşı yığını minlərlə ildir Harşena dağı olaraq adlandırılır. Harşena dağının Yeşilırmak və vadisi ilə birlikdə meydana gətirdiyi bütöv kompozisiya, unikal bir mənzərəni göstərir.

İlk yaşayış Erkən Tunc dövründən başlamış və Osmanlı dövlətinin sonuna qədər da onlarla sivilizasiya (Frigya, İskit-Med, Fars, Pontos, Roma, Şərqi Roma, Danişmendli, Elxanlı, Səlcuqlu, Osmanlı) tərəfindən sığınacaq edilmişdir. Ərazidə Amasya qalasının yanı ilə, ellinizm dövrünün divarları, monumental qaya məzarları e.ə. I əsrə aid monumental sarnıçlar və Yalıboyu evləri qalmaqdadır.

Antik dövr tarixçisi Strabona görə Mitridat krallığı zamanında krallar adına düzəldilmiş abidə məzarlardır. Yeşilırmak vadisi boyunca irili xırdalı 23 ədəd qaya məzarı olan bölgə Krallar vadisi olaraq da tanınır. Qaya məzarlarının içlərindən çox, arxalarına oyulmuş keçidlər diqqət çəkicidir. Bu bölgədəki böyük məzarlardan birinin yanında, çaya qədər uzanan bir tunelin başlanğıcı olması haqqında mülahizələr var. Kalker qayalara oyularaq düzəldilən bu bu məzarlar quruluş və böyüklükləri etibarilə şəhərə hakim bir nöqtədədir.

Bu örən yeri Amasyadadır və içərisində XV əsr Osmanlı dövrünə aid iki xüsusi hamam yerləşir.

Kral qaya məzarlarının ən böyüyü, nərdivanlarla çıxılan qərb istiqamətindəki ən son məzardır. Bu mağaranın hündürlüyü 15 metr, eni 8 metr, dərinliyi isə 6 metrdir. Məzar otağına girişi digər məzarlardakı qapılardan daha yüksəkdir.

Qızlar sarayı üzərində yerləşən üçlü kral məzarı bir-birinə çox yaxın oyulmuşdur. Ən solda yerləşən məzar, ortadakı məzar sahibini kölgədə buraxmaq məqsədiylə ön plana çıxarılmışdır. Qızlar sarayının alt qisimində və Dəmiryolu tunelinin dərhal üzərində olan məzar da, digərləri kimi blok qaya oyularaq düzəldilmişdir. Digər qaya məzarlarından fərqli olaraq ətrafı oyulmamıştır. Ayrıca məzar otağına çıxmağı asanlaşdıracaq daş nərdivanlar də düzəldilməmişdir. Məzar otağının sağ və sol kənarlarında tikilən sütunlar daha sonra qırılmışdır.

Mağaraların bütünündə görülən qapaqsız, 2–3 metr arasında dəyişən yüksəklikdə, qapıya bənzəyən giriş, bu mağaraların ortaq xüsusiyyətidir. Mağaraların ətrafı geniş şəkildə boş buraxılmasının məqsədi da, bəzi məzarların təvaf edilməsi, bəzilərində də qayalardan sızan suların hava ilə təmasını və məzar otağının qorunmasını təmin etməkdir.

Kral qaya məzarları bəzi dövrlərdə həbsxana və cəzalandırma məkanı olaraq da istifadə edilmişdir. Məsələn VI Mithridates, özü ilə edilən sülh danışıqlarında çətinlik çıxaran Romalı elçiləri Dəmiryolu keçidinin dərhal üzərində yerləşən məzara həbs etmişdir.

1075-ci ildə Amasyanı fəth edən Məlik Əhməd Danişmend Qazi, məzarların içindəki Pontus dövründən qalma basdırımları qaldırtmışdır. Yenə o dövrdə, xristian keşişlərin bu mağaralarda inzivaya çəkildikləri bilinməkdədir.

Photographies by:
Cobija - CC BY-SA 4.0
Zeynel Cebeci - CC BY-SA 4.0
Statistics: Position
285
Statistics: Rank
253827

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
185429367Click/tap this sequence: 9122

Google street view

Where can you sleep near Kral qaya məzarları ?

Booking.com
489.928 visits in total, 9.198 Points of interest, 404 Destinations, 93 visits today.