Staronová synagoga

( Köhnə-Yeni sinaqoq )

Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge‎) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır.

Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir).

Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçü...Read more

Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge‎) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır.

Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir).

Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçün üz tuturdular. Çoxsaylı yanğınlar zamanı ətrafdakı taxta evlərdən sinaqoqa alovun keçməməsini və maksimal şəkildə təhlükəsizliyini təmin etmək məqsədilə, bu məkan daha çox yanğından mühafizə alanı funksiyasını yerinə yetirirdi.

 Yəhudi ratuşası və Köhnə-Yeni sinaqoq. Rəsm əsərinin müəllifi - Vatslav Yansa (1859-1913)

Faktiki olaraq sinaqoqun ən qədim hissəsi II Ottokarın hakimiyyəti altında yaşayan yəhudilərin hüquqlarının azad edildikdən sonra, yəni XIII əsrin ikinci yarısında erkən sistersian qotika üslubunda inşa edilmişdir (binanı bəzəyən daxili daş hüceyrələrinin üslub təhlili XIII əsrin sonuna qədər gedib çıxır). Daha sonra sinaqoqun qərb tərəfində qadın qalereyası, cənubdan isə örtülü vestibül əlavə edilmişdir. Bundan başqa, binada qadınlar üçün xüsusi kiçik zal və daha bir giriş yaradılmışdır. 1358-ci ildə sinaqoq imperator IV Karl tərəfindən xüsusi banner və bayraqla təltif edilmişdir. 1389-cu ildə baş vermiş Pasxa kütləvi iğtişaşları zamanı Köhnə-Yeni Sinaqoq binaya daxil olmağa çalışan 3 minə yaxın yəhudinin qırğınına şahid oldu. Qırğından xilas ola bilən ailələr isə yaşadıqları ərazidə qətlə yetirilmişdir. Sinaqoqun divarları 1618-ci ildə baş vermiş əsaslı təmir işlərinə qədər zərər çəkmiş uşaqların və qətlə yetirilmiş qadınların qan izlərini özündə daşıyırdı. Bu hadisələri sinaqoqun əsas zalının şimal və cənub divarlarında yerləşdirilmiş yəhudi yazıları xatırladır. 1716-cı ildə IV Karl sinaqoqun bərpa olunması barədə yeni sərəncam imzalamışdı. 1883-cü ildə sinaqoq purizm üslubunda çalışan memar Yozef Motsker tərəfindən bərpa edilmişdir. Bununla belə bərpa işləri zamanı binanın Parjij (yəni Paris) küçəsinə baxan hissəsindəki tirlər və qotik qalxanlar bir çox digər memarlıq elementləri ilə yanaşı keyfiyyətsiz surətlər ilə əvəz edilmişdir. Motskerin yanlış düzəlişləri qismən 1922-1924-cü illər arasında aparılan təmir-bərpa işləri zamanı aradan qaldırılmışdı. 1966-1967-ci illər arasında Köhnə-Yeni sinaqoqda tarixi yenidənqurma işləri uğurla həyata keçirilmişdi. Bərpa zamanı sinaqoqun interyerini bir zamanlar bəzəyən unikal ivrit yazıları da geri qaytarılmışdı.

1998-ci ilin ikinci yarısında, Köhnə-Yeni sinaqoqda yenidən yenidənqurma işləri həyata keçirilmişdi. Rekonstruksiya işlərinə rəhbərlik edən Yan Kasl Bələdiyyə başçısından qiymətli hədiyyələrə layiq görülmüşdü. Lakin yenidənqurma zamanı, bəzi səhvlər müşahidə olunmuşdu: misal üçün, qazıntılar zamanı arxeoloqlar başlanğıcda təqdim edilməmişdir. Yeniləmə zamanı hava kondisioneri sisteminin müvafiq ölçüdə quraşdırılmadığından, 2006-2007-ci illər arasında bir sıra əlavə tədbirlər həyata keçirilmişdi. İnteryer dizaynerlərinin xətaları nəticəsində orijinal qotik daş skamyalar ciddi zədələnmişdi.

Photographies by:
Jorge Láscar from Australia - CC BY 2.0
Statistics: Position
6468
Statistics: Rank
11231

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
148239765Click/tap this sequence: 8217

Google street view

Where can you sleep near Köhnə-Yeni sinaqoq ?

Booking.com
490.327 visits in total, 9.200 Points of interest, 404 Destinations, 3 visits today.