Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
18-ci əsrin sonlarından etibarən böyük şəhərdə yaşayan Con belə yazırdı "baxmayaraq ki, burada yaşayan əhalinin böyük hissəsi müsəlmanlaşdırılıb, amma burada ortodox kilsəsi fəaliyyətini hələdə davam etdirirdi". 1783-cü ildə Kartli çarlığı və Rusiya imperiyası arasında imzalanmış Georgiyevsk müqaviləsi ilə Axaltsixe bölgəsinin taleyinə aydınlıq gəlmişdir. Qalanın tutulması ilə bağlı olan ilk hücum 1810-cu ildə uğursuzluqla başa çatmışdır. Ruslar şəhəri yalnız 18 il sonra, 1828-ci ildə işğal edə bildilər. 1829-cu ildə bağlanmış Ədirnə müqaviləsindən sonra Osmanlı ordusu buranı tərk etdi.
Add new comment