ალი და ნინო

( Əli və Nino )

Əli və Nino—ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır.

Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu, lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etdi.

Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Alm...Read more

Əli və Nino—ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır.

Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu, lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etdi.

Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.

Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etmişdir.

Əsərin müəllifinin kimliyi ilə bağlı iddiaları aşağıdakı kimi konkretləşdirmək olar:

  • "Əli və Nino romanının başlıca müəllifi azərbaycanlı yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlidir (1887–1943). Onun müəllifliyini həm şəxsi həyatında yaşadığı hadisələr, həm də Bakıda Əlyazmalar İnstitutunda saxlanan əsərləri, o cümlədən, gündəlikləri, məqalələri, hekayə və romanları sübut edir, lakin bəzi müəlliflər Əsəd Bəy adı altında yazan Lev Nussimbaumun əsərin yeganə müəllifi olduğunu iddia edirlər.
  • Əsərdəki folklor və əfsanəvi materiallarda "Əsəd Bəy" adı altında yazan Lev Nussimbaumun imzası olduğu şübhəsizdir. Həmin materiallar onun əvvəlki əsərlərindən köçürülmüşdür. Qeyd edilməlidir ki, bu materiallar nə mədəni, nə də etnik cəhətdən etibarlı mənbələr deyil. Lev Nussimbaum Azərbaycanı 1920-ci ildə 14 yaşında ikən tərk etmişdi və olduqca təcrid olunmuş həyat tərzi sürdüyünü öz yazılarında da etiraf etmişdir.
  • Əsəd Bəy romanda Əli ilə Ninonun Tiflisə və İrana səyahətləri ilə bağlı hissələri gürcü yazıçı Qriqol Robakidzenin "İlan dərisi" (Das Schlangenhemd, 1928) əsərindən götürmüşdür. Robakidzenin bu "köçürmədən" xəbəri olub-olmadığı məlum deyil. Əsəd Bəy, orijinalından fərqləndirmək üçün mətnin üzərində çoxlu iş aparmaqla əslində plagiat etdiyinə şübhə yaradır. Tədqiqatlar Əsəd Bəyin Robakidzeni şəxsən tanıdığını göstərir.
  • Avstriya baronessası Elfrida Ehrenfels (1894–1982) "Əli və Nino" romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu göstərmişdi, halbuki onun romanın yazılmasında iştirakı sübut edilməmişdir. Romanın "Əli Xan" adlı italyan nəşri 1944-cü ildə Məhəmməd Əsəd Bəy adı altında çap edilmişdi. Qəribədir ki, bu kitabda Nino Kipiani "Erika Kipiani" kimi təqdim edilirdi, bu isə gürcü adı deyildi. Nussimbaumun həyat yoldaşının adı Erika idi, lakin o, Əsəd Bəyin həmkarı Rene Füllöp Millerlə qaçmış və onlar qalmaqallı şəkildə boşanmışdılar (1935). Həmin nəşrdə bir sıra digər dəyişikliklər də edilmişdi. Bu italyan nəşri özünü "Əhməd Cəmil Vakka Mazzara" adlandıran Əsəd Bəyi tiryəklə təmin edən Vakka Bello tərəfindən onun ölümündən sonra müəmmalı şəkildə dərc edilmişdi. O, Əsəd Bəylə dörd nəsil əvvələ gedib çıxan qohumluğu olduğunu iddia etməklə, Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu irəli sürür və onun müxtəlif kitablardan gələn gəlirlərini əldə etmək məqsədi daşıyırdı. Əsər "Əli Xan" adı altında yalnız bir dəfə çap edilmişdi.
Photographies by:
Statistics: Position
6003
Statistics: Rank
13273

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
639842751Click/tap this sequence: 3342

Google street view

Where can you sleep near Əli və Nino ?

Booking.com
489.934 visits in total, 9.198 Points of interest, 404 Destinations, 99 visits today.