Ani Katedrali

( Ani kafedralı )

Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri.

Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir:

"Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilər...Read more

Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri.

Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir:

"Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilərin kraliçası Katranide özümü Allahın lütfünə əmanət edərək ərim şahənşah Qagikin əmri ilə ulu Smbatın təməlini qoyduğu bu kafedralı inşa etdirdim..."

Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064 -cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb. Kafedral 1124 - cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319 - cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir.

Photographies by:
Septi - CC BY-SA 4.0
Statistics: Position
4409
Statistics: Rank
121499

Add new comment

CAPTCHA
Security
196247358Click/tap this sequence: 6525
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Ani kafedralı ?

Booking.com
9.021.869 visits in total, 407.503 Points of interest, 405 Destinations, 3.205 visits today.