New York City

( Nyu-York )

Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-Y...Read more

Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir.

Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir. Bu beş boro — Bruklin (Kinqs dairəsi), Kuins (Kuins dairəsi), Manhetten (Nyu-York qraflığı), Bronks (Bronks dairəsi) və Staten-Aylend (Riçmond dairəsi) 1898-ci ildə vahid bir şəhərə birləşdirilmişdir. Şəhər ABŞ-yə immiqrantlar üçün giriş qapısıdır. Nyu-Yorkda 800-ə qədər müxtəlif dildə danışılır ki, bu da onu dünyanın linqvistlik cəhətdən ən müxtəlif şəhəri edir. Nyu-Yorkda ABŞ-dən kənarda doğulmuş 3,2 milyondan çox sakin yaşayır. Buna əsasən 2016-cı ildə şəhər dünayda ən çox əcnəbi yaşayan şəhər qəbul edilmişdir. 2018-ci ilə qədər Nyu-York aqlomerasiya regionunun təxminən 1,8 trilyon ABŞ dollarlıq ümumi aqlomerasiya məhsulu (GMP) istehsal etidyi təxmin edilir və bu, ABŞ-də birinci yerdədir. Nyu-York aqlomerasiya regionu suveren dövlət olsaydı, dünyanın səkkizinci ən böyük iqtisadiyyatına sahib olardı. Şəhər dünyada ən çox milyarderin yaşadığı yerdir.

Nyu-Yorkun izləri 1624-cü ildə Yeddi Birləşmiş Əyalət Respublikasından olan kolonistlər tərəfindən Aşağı Manhettendə qurulan ticarət məntəqəsinə qədər gedib çıxır. Məntəqə 1626-cı ildə Yeni Amsterdam (nid. Nieuw Amsterdam) olaraq adlandırılmış və 1653-cü ildə şəhər statusu almışdır. Şəhər 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və İngiltərə kralı II Karl buranı qardaşı York hersoqu II Ceymsə verdikdən sonra Nyu-York adlandırıldı. Nyu-York 1673-cü ildə hollandlar tərəfindən geri alındı və bir il üç ay müddətində Nyu-Orenc adlandırıldı; 1674-cü ilin noyabrından bəri Nyu-York olaraq adlandırılır. Şəhər 1785-ci ildən 1790-cı ilə qədər ABŞ-nin paytaxtı olub, 1790-cı ildən bəri isə ABŞ-nin ən böyük şəhəri statusunu qoruyur. XXI əsrdə Nyu-York qlobal yaradıcılıq, sahibkarlıq və ekoloji davamlılıq qovşağı və azadlıq və mədəni müxtəlifliyin simvoludur. Nyu-York 2019-cu ildə dünyanın 48 şəhərindən olan 30.000-dən çox insan arasında aparılan sorğu nəticəsi ilə dünyanın ən böyük şəhəri seçildi.

Nyu-Yorku 2019-cu ildə rekord sayda — 66,6 milyon turist ziyarət etmişdi. Tayms-skver dünya əyləncə sənayesinin əsas mərkəzidir. Şəhərin bir çox görməli yerləri, göydələnləri və parkları bütün dünyada tanınır. Empayr Steyt Bildinq hündürlüyünə görə digər tikililərdən fərqlənir. Manhettenin daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarlarından biridir. Davamlı — 7/24 xidmət göstərən Nyu-York metropoliteni 472 dəmiryol stansiyası ilə dünyanın ən böyük metropolitenidir. Şəhərdə 120-dən çox kollec və universitet, o cümlədən Kolumbiya Universiteti, Nyu-York Universiteti və Nyu-York Şəhər Universiteti yerləşir. Aşağı Manhettendə "maliyyə bölgəsi" adlanan Uoll-Strit və dünyanın iki ən böyük birjası — Nyu-York Fond Birjası və NASDAQ yerləşir.

Gnome-searchtool.svg  Əsas məqalələr: Nyu-York tarixi və Nyu-York şəhərinin xronologiyası
Kolumbaqədərki dövr

Müstəmləkəçilikdən əvvəlki dövrdə indiki Nyu-York şəhərinin ərazisində lenapelər də daxil olmaqla alqonkin yerli amerikalılar məskunlaşmışdılar. Lenapehokinq kimi tanınan vətənlərinə Staten-Aylend, Manhetten, Bronks, Lonq-Aylendin qərb hissəsi (sonradan Bruklin və Kuins borolarına çevriləcək ərazilər daxil olmaqla) və Hudzon vadisi daxil idi.[1]

Bir avropalının Nyu-York limanına ilk sənədləşdirilmiş səfəri 1524-cü ildə Fransa krallığında xidmətdə olan florensiyalı tədqiqatçı italyan Covanni da Verrazzano olmuşdur.[2] O, ərazininin Fransaya aid olduğunu iddia etdi və onu "Nouvelle Angoulême" (Yeni Anqoleme) adlandırdı.[3] İmperator V Karlın göstərişi ilə səfərə çıxmış Portuqaliya kapitanı Estevao Qomesin başçılıq etdiyi İspaniya ekspedisiyası 1525-ci ilin yanvarında Nyu-York limanına gəldi və "Rio de San Antonio" ("Müqəddəs Antoni çayı") adlandırdığı Hudzon çayının mənsəbinin xəritəsini tərtib etdi.[4]

1609-cu ildə ingilis kəşfiyyatçısı Henri Hudzon Niderland Ost-Hind şirkəti üçün Şimal-Qərb keçidini axtararkən Nyu-York limanını yenidən kəşf etdi.[5] O, ərazini on gün gəzdi və bölgəninin Niderland Ost-Hind şirkətinə aid olduğunu iddia etdi.[6] 1614-cü ildə Keyp Kod və Delaver körfəzi arasındakı ərazi Niderland tərəfindən iddia edildi və "Nieuw-Nederland" ("Yeni Niderland") adlandırıldı.[6]

Nəhayət yerli olmayan ilk rəsmi vətəndaş olan Yuan Rodrigez Santo-Dominqodan şəhərə gəldi. Portuqal əsilli Rodrigez Santo-Dominqoda anadan olub, 1613–14-cü ilin qışında Manhettenə gəlib və niderlandların nümayəndəsi kimi yerli əhali ilə ticarət edib. Yuxarı Manhettendə Brodveyin 159-cu küçədən 218-ci küçəyə qədərki hissəsi onun şərəfinə "Yuan Rodrigez Vey" adlandırılıb.[7][8]

Holland hökmranlığı
 
Yeni Amsterdam 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və "Nyu-York" adlandırıldı.

1625-ci ildə indiki Manhettenin ərazisində sonradan "Nieuw Amsterdam" (Yeni Amsterdam) adlandırılan daxili qalanın və Fort Amsterdamın tikintisinə başlandı.[9][10][11] Yeni Amsterdam koloniyası sonradan Aşağı Manhetten kimi tanınan ərazidə yerləşirdi. Koloniya Manhettenin cənub ucundan müasir Uoll-Stritə qədər uzanırdı, burada 1653-cü ildə yerli Amerikan və Britaniya basqınlarından qorunmaq üçün 12 futluq taxta şarampole tikilmişdi.[12] 1626-cı ildə holland general Peter Minuit Manhetten adasını kiçik Lenape qrupu olan "Cenarsie"dən "60 quldenə" satın aldı (2018-ci ildə təxminən 900 ABŞ dolları edir).[13][14][15] Təkzib edilmiş bir əfsanədə Manhettenin 24 dollar dəyərində şüşə muncuqlara alındığını iddia edilir.[16][17]

Satın alındıqdan sonra Yeni Amsterdam yavaş-yavaş böyüdü.[18] Köçkünləri cəlb etmək üçün Hollandiya 1628-ci ildə himayədarlıq sistemini təsis etdi, bu sistemlə Yeni Hollandiyaya 50 kolonist gətirən varlı hollandlara yerli siyasi muxtariyyət və gəlirli xəz ticarətində iştirak etmək hüququ ilə birlikdə torpaq sahələri veriləcəkdi. Bu proqram çox uğurlu olmadı.[19]

1621-ci ildən Niderland Ost-Hind Şirkəti Hollandiya Məclisi tərəfindən verilən səlahiyyət əsasında Yeni Niderlandda inhisarçı kimi fəaliyyət göstərirdi. 1639–1640-cı illərdə iqtisadi artımı gücləndirmək üçün Niderland Ost-Hind Şirkəti xəz ticarəti üzərindəki inhisarından əl çəkdi, bu da ərzaq, taxta, tütün və qulların artımına və ticarətinin artmasına səbəb oldu.[18][20]

1647-ci ildə Piter Stuyvesant Yeni Niderlandın son Baş direktoru kimi fəaliyyət göstərdi. Onun fəaliyyəti dövründə Yeni Niderlandın əhalisi 2000-dən 8000-ə qədər artdı.[21][22] O, içki satışı ilə bağlı qadağalar qoydu, Hollandiya Reformasiya Kilsəsi üzərində nəzarəti ələ keçirməyə cəhd etdi və digər dini qrupların (kvakerlər, yəhudilər və lüteranlar da daxil olmaqla) ibadət evləri yaratmasına mane oldu.[23] Niderland Ost-Hind Şirkəti nəyahət Stuyvesant və Yeni Amsterdam əhalisi arasındakı gərginliyi azaltmağa başladı.[24]

İngilis hökmranlığı
A painting of a ship firing its cannons in a harbor. 
Krallıq donanması indiki Nyu-York limanı ərazisini müdafiə edir.

1664-cü ildə heç bir əhəmiyyətli müqavimət göstərə bilməyən Stuyvesant Yeni Amsterdamı qan tökmədən polkovnik Riçard Nikolsun başçılıq etdiyi ingilis qoşunlarına təslim etdi.[25][26] Təslim olma şərtləri ilə Hollandiya sakinlərinə müstəmləkədə qalmağa və dini azadlıqlara icazə verildi.[27] 1667-ci ildə, İkinci ingilis-holland müharibəsindən sonra Breda müqaviləsinə aparan danışıqlar zamanı hollandlar ingilislərdən əldə etdikləri indiki Surinamın (Cənubi Amerikanın şimal sahilində) yeni yaranmış plantasiya koloniyasını saxlamaq qərarına gəldilər və bunun müqabilində ingilislər Yeni Amsterdamı öz əllərində saxladılar. Bu qəsəbə York hersoqu II Ceymsin şərəfinə "Nyu-York" adlandırıldı.[28] Hudzon çayının 240 km şimalında yerləşən Fort-Orenc Ceymsin Şotlandiya titulundan sonra Albani adlandırıldı.[29] Köçürmə 1667-ci ildə II ingilis-holland müharibəsini başa çatdıran Breda müqaviləsi ilə təsdiqləndi.[30]

24 avqust 1673-cü ildə Üçüncü ingilis-holland müharibəsi zamanı holland kapitan Antoni Kolv, Kornelis Evertsenin göstərişi ilə Nyu-York koloniyasını ingilislərdən ələ keçirdi və Orenc şahzadəsi III Vilhelmdən sonra onu "Nyu-Orenc" adlandırdı.[31][32][33]

Yerli amerikalılar arasında bir neçə qəbilələrarası müharibə və avropalılarla təmas nəticəsində yaranan bəzi epidemiyalar 1660–1670-ci illər arasında Lenape üçün əhəmiyyətli əhali itkisinə səbəb oldu.[34] 1700-cü ilə qədər Lenape əhalisi 200 nəfərə qədər azaldı.[35] Nyu-York XVIII əsrdə bir neçə sarı qızdırma epidemiyası yaşamış və təkcə 1702-ci ildə bu xəstəliyə görə əhalisinin 10%-ni itirmişdi.[36][37]

Nyu-York əyaləti
 
Kolumbiya Universiteti 1754-cü ildə kral nizamnaməsi ilə Kral Kolleci adı altında təsis edilmişdir.

Nyu-York 1700-cü illərin əvvəllərində Nyu-York koloniyasının bir hissəsi olaraq ticarət limanı kimi əhəmiyyətini artırdı.[38] O həm də quldarlıq mərkəzinə çevrildi, 1730-cu ilə qədər ev təsərrüfatlarının 42%-i qul saxlayırdı, bu, indiki Cənubi Karolina ştatının Çarlston şəhəri xaricində ən yüksək faizdir.[39] Quldarlıq Nyu-York iqtisadiyyatının ayrılmaz hissəsinə çevrildi. 1990-cı illərdə Foli meydanı yaxınlığında yeni federal məhkəmə binasının tikintisi zamanı "African Burying Ground"un kəşfi müstəmləkə dövründə on minlərlə afrikalının ərazidə basdırıldığını göstərdi.[40]

1754-cü ildə Kolumbiya Universiteti Aşağı Manhettendə Krall Kolleci kimi kral II Georqun göstərişi ilə tikildi.[41]

Amerika inqilabı
 
ABŞ İstiqlal müharibəsinin ən böyük döyüşü olan Lonq-Aylend döyüşü 1776-cı ilin avqustunda Bruklində baş verib.

Möhür Aktı Konqresi 1765-ci ilin oktyabrında Nyu-Yorkda keçirildi, çünki şəhərdə təşkil edilən "Azadlıq oğulları" növbəti on il ərzində orada yerləşən ingilis qoşunları ilə savaşacaqdılar.[42] ABŞ İstiqlal müharibəsinin ən böyük döyüşü olan Lonq-Aylend döyüşü 1776-cı ilin avqust ayında müasir Bruklinin ərazisində baş verdi.[43] Amerikalıların məğlub olduğu bu döyüşdən sonra ingilislər şəhəri Şimali Amerikadakı hərbi və siyasi əməliyyat bazasına çevirdilər. Şəhər ingilis qoşunlarına qatılan sadiq qaçqınlar və qaçmış qullar üçün sığınacaq idi. İngilis işğalı zamanı 10.000-ə yaxın qaçan qul şəhərə sığındı. İngilis qüvvələri 1783-cü ildə, müharibənin sonunda təxliyə edildikdə 3.000 azad edilmiş qulu Yeni Şotlandiyaya köçürmək üçün İngiltərə və Karib hövzəsində məskunlaşdırdılar.[44] Müharibənin sülh yolu ilə həlli üçün yeganə cəhd 11 sentyabr 1776-cı ildə Bencamin Franklin də daxil olmaqla amerikalı nümayəndələr və ingilis generalı Riçard Hau arasında Staten-Aylenddə yerləşən Konfrans Evində baş tutdu. İngilis işğalı başlayandan qısa müddət sonra Nyu-Yorkda, Aşağı Manhettenin qərb tərəfində Böyük yanğın baş verdi, yanğın Triniti Kilsəsi də daxil olmaqla şəhərdəki binaların təxminən dörddə birini məhv etdi.[45]

1785-ci ildə Konfederasiya Konqresinin qərarı ilə müharibədən qısa müddət sonra Nyu-York şəhəri milli paytaxt elan edildi. Nyu-York Konfederasiya Maddələrinə əsasən ABŞ-nin sonuncu, Birləşmiş Ştatların Konstitusiyasına əsasən isə ilk paytaxtı oldu. 1789-cu ildə ABŞ-nin paytaxtı Nyu-York milli miqyasda bir neçə tədbirə ev sahibliyi etdi — ABŞ-nin ilk Prezidenti Corc Vaşinqtonun vəzifəsinə başlaması; birinci ABŞ Konqresi və ABŞ Ali Məhkəməsinin hər birinin ilk dəfə toplanması və "Hüquqlar haqqında Bill"in Uoll-Stritdə yerləşən Federal Hollda hazırlanması.[46] 1790-cı ilə qədər Nyu-York Filadelfiyanı ötüb ABŞ-nin ən böyük şəhəri oldu, lakin həmin ilin sonunda Yaşayış yeri aktına əsasən milli paytaxt Filadelfiyaya köçürüldü.[47][48]

XIX əsr
A painting of a snowy city street with horse-drawn sleds and a 19th-century fire truck under blue sky 
Brodvey, Manhetten[49]

XIX əsrdə Nyu-York şəhərinin əhalisi 60.000-dən 3,43 milyona qədər artdı.[50] Nyu-York ştatının 1799-cu il ləğvetmə aktına əsasən, kölə anaların uşaqları azad edilməli, lakin iyirmi yaşlarının ortalarına qədər qulluqda saxlanılmalı idi.[51][52] İstiqlal müharibəsindən sonra sahibləri tərəfindən azad edilən və qaçan qullarla birlikdə Manhettendə əhəmiyyətli bir azad qaradərili əhali tədricən artdı. Aleksander Hamilton və Con Cey kimi ABŞ-nin nüfuzlu qurucularının başçılığı ilə Nyu-York Manumission Cəmiyyəti köləliyi ləğv etmək üçün çalışdı və qaradərili uşaqların təhsili üçün Afrika Azad Məktəbi quruldu.[53] 1827-ci ildə ştatda köləlik tamamilə ləğv edildi və azad qaradərililər bundan sonra ayrı-seçkiliklə mübarizə apardılar. Nyu-Yorkda irqlərarası abolisionist fəallıq davam etdi; liderləri arasında Afrika Azad Məktəbinin məzunları da var idi. Nyu-York şəhərinin əhalisi 1820-ci ildəki 123.706 nəfərdən 1840-cı ildə 312.710 nəfərə yüksəldi, onlardan 16.000-i qaradərili idi.[54][55]

 
Nyu-Yorkun indiki 5 borosunun 1814-cü ildəki görüntüsü.

1830 və 1840-cı illərdə Nyu-Yorkda Vilyam Kallen Brayant, Vaşinqton İrvinq, Herman Melvill, Rufus Vilmot Qrizvold, Con Kis, Nataniel Parker Villis və Edqar Allan Po da daxil olmaqla bir neçə ABŞ ədəbiyyat xadimi yaşayıb. Müasir biznes elitasının ictimai fikirli üzvləri 1857-ci ildə ABŞ şəhərində ilk mənzərəli parka çevrilən Mərkəzi parkın qurulması üçün lobbiçilik ediblər. Böyük İrlandiya aclığı irland mühacirlərin kütləvi axınına səbəb oldu; 1860-cı ildə Nyu-Yorkda 200.000-dən çox irland yaşayırdı, bu şəhər əhalisinin dörddə birindən çox idi.[56] Almaniyadan da geniş miqrasiya var idi; 1860-cı ildə şəhər əhalisinin 25%-ni almanlar təşkil edirdi.[57]

İrland immiqrantlarla qaradərililər arasında iş üçün on il davam edən şiddətli rəqabətdən sonra qaradərili Nyu-York sakinlərinə və onların əmlaklarına hücumlar edildi. Üsyançılar Rəngli Yetim Sığınacağını yandırdı və 200-dən çox uşaq çox hissəsi irland mühacirlərdən təşkil olunmuş Nyu-York Polis Departamenti tərəfindən xilas edildi. Bu hadisədə ən azı 120 nəfər öldü.[58] Beş gün ərzində 11 qaradərili kişi linç edildi və qaradərililər Vilyamsburq və Nyu-Cersiyə qaçdılar. Manhettendə qaradərili əhalinin sayı sonuncu dəfə 1820-ci ildə olduğu kimi 1865-ci ildə 10.000-dən aşağı düşdü. Ağdərili fəhlə sinfi üstünlük təşkil etdi.[57][58] Liman işçilərinin qaradərili kişilərə qarşı zorakılığı doklar bölgəsində xüsusilə şiddətli idi.[57] Bu, ABŞ tarixində vətəndaş iğtişaşlarının ən pis hadisələrindən biri idi.[59]

Müasir dövr
A man working on a steel girder high about a city skyline. 
1930-cu ildə tikilən Empayr Steyt binasının üstündə inşaat işçisi. Kraysler binası onun arxasındadır.

1898-ci ildə müasir Nyu-York şəhəri Bruklinin (o vaxta qədər ayrı bir şəhər idi), Nyu-York dairəsinin, Riçmond dairəsinin və Kuins dairəsinin birləşməsi ilə formalaşdı.[60] 1904-cü ildə metronun açılışı yeni şəhərin ərazilərini bir-birinə bağlamağa kömək etdi.[61] XX əsrin birinci yarısında şəhər dünyanın sənaye, ticarət və rabitə mərkəzinə çevrildi.[62]

1904-cü ildə "General Slocum" paroxodu İst-Riverdə alov aldı və göyərtəsində olan 1021 nəfər həlak oldu.[63] 1911-ci ildə şəhərin tarixindəki ən dəhşətli sənaye fəlakəti olan "Triangle" köynək fabrikində baş verən yanğın 146 işçinin ölümü ilə nəticələndi və Beynəlxalq Qadın Geyim İşçiləri İttifaqının inkişafına və fabrikin təhlükəsizlik standartlarında əsaslı təkmilləşdirməsinə təkan verdi.[64]

Nyu-Yorkun ağdərili olmayan əhalisi 1890-cı ildə 36.620 nəfər idi.[65] Nyu-York şəhəri XX əsrin əvvəllərində Amerikanın cənubundan Böyük köç zamanı afro-amerikalılar üçün əsas yer idi və 1916-cı ildə Nyu-York Şimali Amerikada Afrika diasporasının ən böyük məskəninə çevrilmişdi.[66] Ədəbi və mədəni həyat Harlem intibahının qadağalar dövründə çiçəkləndi.[67] Daha böyük iqtisadi bum hündür göydələnlərin tikintisinə səbəb oldu.

 
Manhettenin Kiçik İtaliya bölgəsi, Aşağı East Side, təxminən 1900-cü il

Nyu-York 1920-ci illərin əvvəllərində Londonu keçərək dünyanın ən sıx urbanizasiyalaşmış ərazisinə çevrildi. Aqlomerasiya regionu 1930-cu illərin əvvəllərində 10 milyonluq sərhədi keçərək bəşər tarixində ilk meqa şəhər oldu.[68] Böyük böhranın çətin illərində islahatçı Forello La Quardiya mer seçildi və səksən illik siyasi hökmranlıqdan sonra Tammany Hall süqut etdi.[69]

İkinci Dünya müharibəsi veteranlarının geri qayıtması ilə yaranmış müharibədən sonrakı iqtisadi bum Kuins və Nassau dairəsində, eləcə də Nyu-Cersidəki oxşar şəhərətrafı ərazilərdə böyük yaşayış sahələrinin inkişafına səbəb oldu. Nyu-York müharibədən zərər görmədən dünyanın aparıcı şəhəri kimi çıxdı, Uoll-Strit dünyanın dominant iqtisadi gücü oldu. Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının tikintisi 1952-ci ildə tamamlanaraq Nyu-Yorkun qlobal geosiyasi təsirini gücləndirdi və şəhərdə abstrakt ekspressionizmin yüksəlişi Nyu-Yorkun incəsənət dünyasının mərkəzi olan Parisin yerini almasını sürətləndirdi.[70]

A two-story building with brick on the first floor, with two arched doorways, and gray stucco on the second floor off of which hang numerous rainbow flags. 
Qrinviç-Villicdə yerləşən Stounvoll-inn ABŞ-nin Milli Tarixi Abidəsi, 1969-cu il Stounvoll üsyanlarının məkanı və müasir gey hüquqları hərəkatının beşiyidir.[71][72][73]

Stonewall üsyanları 28 iyun 1969-cu il səhər erkən saatlarda Aşağı Manhettenin Qrinviç-Villic məhəlləsindəki Stonewall Inn-də baş vermiş, polis basqınına qarşı gey icmasının üzvləri tərəfindən bir sıra kortəbii və şiddətli nümayişlər idi.[74] Onların gey azadlığı hərəkatına[75][76][77] və LGBT hüquqları[78][79] üçün müasir mübarizəyə yol açan yeganə ən mühüm hadisə olduğu geniş şəkildə qəbul edilir. Homoseksuallıq Ensiklopediyasının müəllifi Wayne R. Dynes yazırdı ki, drag-queenlər 1969-cu ilin iyun Stounvoll üsyanları zamanı ətrafdakı yeganə "transgender insanlar" idi. Nyu-Yorkdakı transgender icması Stounvoll üsyanları zamanı və ondan sonra LGBT bərabərliyi uğrunda mübarizədə mühüm rol oynamışdır.[80]

1970-ci illərdə sənayenin yenidən qurulması səbəbindən yaranmış işsizləşmə Nyu-York şəhərində iqtisadi problemlərin və cinayət nisbətlərindən artmasına səbəb oldu.[81] 1980-ci illərdə maliyyə sənayesindəki canlanma şəhərin iqtisadi sağlamlığını xeyli yaxşılaşdırsa da, Nyu-Yorkun cinayət nisbəti həmin onillikdə və 1990-cı illərin əvvəllərində artmağa davam etdi.[82] 1990-cı illərin ortalarında cinayət nisbətləri yenidən hazırlanmış polis strategiyaları, iqtisadi imkanların yaxşılaşdırılması, gentrifikasiya və Asiya və Latın Amerikasından gələn yeni immiqrantlar səbəbindən kəskin şəkildə azalmağa başladı.[83] Nyu-Yorkun əhalisi 2000-ci il siyahıyaalmasında və ardınca 2010-cu il siyahıyaalmasında tarixinin ən yüksək səviyyəsinə çatdı.

Two tall, gray, rectangular buildings spewing black smoke and flames, particularly from the left of the two. 
United Airlines reys 175 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin Cənub qülləsinə çırpıldı.

Nyu-York şəhəri 11 sentyabr 2001-ci il hücumlarında ən böyük iqtisadi ziyana və ən böyük insan itkisinə məruz qaldı.[84] Həmin gün qaçırılan dörd təyyarədən ikisi Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldı, qüllələri dağıtdı və 2.192 mülki şəxs, 343 yanğınsöndürən və 71 hüquq-mühafizə orqanı əməkdaşının ölümünə səbəb oldu. Şimal qülləsi (ing. North Tower) məhv edilmiş ən hündür bina oldu.[85]

Ərazidə yeni Dünya Ticarət Mərkəzi 1, 11 sentyabr milli momerial və muzeyi və digər yeni binalar və infrastrukturlar tikildi.[86] 19 iyul 1909-cu ildə Hudson terminalı olaraq açılan Dünya Ticarət Mərkəzinin PATH stansiyası da terror aktları nəticəsində məhv edildi. 2003-cü il noyabrın 23-də müvəqqəti stansiya tikilib istifadəyə verildi. Şəhərin üçüncü ən böyük mərkəzi olan Dünya Ticarət Mərkəzinin PATH stansiyasının Santyaqo Kalatrava tərəfindən layihələndirilən 74.000 m2-lik daimi dəmir yolu stansiyası 2016-cı ildə tamamlandı.[87] Yeni Dünya Ticarət Mərkəzi 1 Qərb yarımkürəsindəki ən hündür göydələndir[88] və ABŞ-nin müstəqillik ili ilə əlaqədar simvolik olaraq 1.766 futluq (541,3 m) şpil hündürlüyü ilə dünyanın altıncı ən hündür binasıdır[89][90][91][92]

Aşağı Manhettenin Maliyyə dairəsində yerləşən Zukkotti parkda baş verən Uoll-Striti işğal et etirazları 17 sentyabr 2011-ci ildə başladı, qlobal diqqəti cəlb etdi və bütün dünyada sosial və iqtisadi bərabərsizliyə qarşı İşğal hərəkatını (ing. Occupy movement) populyarlaşdırdı.[93]

2020-ci ilin mart ayında Manhettendə Nyu-York şəhərindəki ilk COVID-19 hadisəsi təsdiqləndi.[94] İnfeksiya bütün dünyada geniş yayılmazdan əvvəl şəhər sürətlə Çinin Uhan şəhərini ötüb keçdi və erkən mərhələdə pandemiyanın qlobal mərkəzinə çevrildi. 2021-ci ilin mart ayına olan məlumata görə, Nyu-York şəhərində COVID-19 ilə əlaqəli 30.000-dən çox ölüm qeydə alınmışdır.

Pritchard, Evan T. Native New Yorkers: The Legacy of the Algonquin people of New York. 2002. səh. 27. ISBN 1-57178-107-2. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Debo, Angie. A History of the Indians of the United States. University of Oklahoma Press. 2013. səh. 28. ISBN 978-0-8061-8965-9. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Rankin, Rebecca B.; Rodgers, Cleveland. New York: The World's Capital City, Its Development and Contributions to Progress. Harper. 1948. WPA Writer's Project. A Maritime History of New York. Going Coastal Productions. 2004. səh. 246. ISBN 0-9729803-1-8. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Lankevich, George J. New York City: A Short History. NYU Press. 2002. səh. 2. ISBN 978-0-8147-5186-2. ↑ 1 2 "The Hudson River". New Netherland Institute. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 10, 2016. Roberts, Sam. "Honoring a Very Early New Yorker". The New York Times. oktyabr 2, 2012. 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2021. "CUNY DSI Publishes Monograph on New York's First Immigrant". The City College of New York. May 14, 2013. August 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2020. Briney, Amanda. "15 Oldest Cities in the United States". About.com. 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 3, 2015. Dutch Colonies Arxivləşdirilib 2010-05-19 at the Wayback Machine, National Park Service. Retrieved may 19, 2007. "Sponsored by the West India Company, 30 families arrived in North America in 1624, establishing a settlement on present-day Manhattan." GovIsland Park-to-Tolerance: through Broad Awareness and Conscious Vigilance Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine, Tolerance Park. Retrieved fevral 9, 2017. See Legislative Resolutions Senate No. 5476 and Assembly No. 2708. "Timeline: A selected Wall Street chronology". PBS. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2021. Binder, Frederick M.; Reimers, David M. All the Nations Under Heaven: An Ethnic and Racial History of New York City. Columbia University Press. 1996. səh. 4. ISBN 0-231-07879-X. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "Pieter Schaghen Letter". S4ulanguages.com. 1626. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2021. "... hebben t'eylant Manhattes van de wilde gekocht, voor de waerde van 60 gulden: is groot 11000 morgen. ..." ("... They have purchased the Island Manhattes from the Indians for the value of 60 guilders. It is 11,000 morgens in size ...) "Value of the Guilder versus Euro". antoniInternational Institute of Social History. 2017-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 25, 2019. "Peter Schaghen Letter". Nnp.org. oktyabr 23, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2010. Miller, Christopher L.; Hamell, George R. "A New Perspective on Indian-White Contact: Cultural Symbols and Colonial Trade". The Journal of American History. 73 (2). sentyabr 1986: 311–328. doi:10.2307/1908224. JSTOR 1908224. ↑ 1 2 "Dutch Colonies". National Park Service. 2019-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 10, 2016. "The Patroon System". Library of Congress. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 10, 2016. "The Story of New Amsterdam". New Amsterdam History Center. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 10, 2016. Jacobs, Jaap. The Colony of New Netherland: A Dutch Settlement in Seventeenth-Century America. Cornell University Press. 2009. səh. 32. ISBN 978-0801475160. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Eisenstadt, Peter; Moss, Laura-Eve; Huxley, Carole F. The Encyclopedia of New York State. Syracuse University Press. 2005. səh. 1051. ISBN 978-0-8156-0808-0. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "Peter Stuyvesant". New-York Historical Society. iyun 24, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 11, 2016. "Peter Stuyvesant". New Netherland Institute. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 11, 2016. Sitat səhvi: Yanlış <ref> teqi; nyhsstuyvesant2 adlı istinad üçün mətn göstərilməyib Sitat səhvi: Yanlış <ref> teqi; nnistuyvesant2 adlı istinad üçün mətn göstərilməyib "The surrender of New Netherland, 1664". Gilder Lehrman Institute of American History. 2017-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 11, 2016. Homberger, Eric. The Historical Atlas of New York City: A Visual Celebration of 400 Years of New York City's History. Owl Books. 2005. səh. 34. ISBN 978-0-8050-7842-8. Miller, John. James II (The English Monarchs Series). Yale University Press. 2000. 44–45. ISBN 978-0-300-08728-4. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Treaty of Breda // Encyclopædia Britannica. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 10, 2016. Roper, L. H. Advancing Empire. Cambridge University Press. 2017. səh. 215. ISBN 978-1-107-11891-1. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Van Luling, Todd. "8 Things Even New Yorkers Don't Know About New York City". HuffPost. aprel 17, 2014. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: sentyabr 13, 2014. Douglas, Peter. "The Man Who Took Back New Netherland" (PDF). New Netherland Institute. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: iyul 11, 2016. "Native Americans". Penn Treaty Museum. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 29, 2021. "Gotham Center for New York City History" Arxivləşdirilib 2020-11-18 at the Wayback Machine Timeline 1700–1800 Nogueira, Pedro. "The Early History of Yellow Fever (PDF)". Thomas Jefferson University. 2009. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "Timeline - Yellow Fever in America". Public Broadcasting Service (PBS). 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 30, 2021. Foote, Thelma Wills. Black and White Manhattan: The History of Racial Formation in Colonial New York City. Oxford University Press, USA. 2004. səh. 68. ISBN 978-0-19-508809-0. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Oltman, Adele. "The Hidden History of Slavery in New York". The Nation. oktyabr 24, 2005. noyabr 30, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 9, 2013. Asante, Molefi Kete; Mazama, Ama; Cérol, Marie-José. Encyclopedia of Black Studies. SAGE. 2005. səh. 33. ISBN 978-0-7619-2762-4. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Moore, Nathaniel Fish. An Historical Sketch of Columbia College, in the City of New York, 1754–1876. Columbia University. 1876. səh. 8. Boyer, Paul; Clark, Clifford; Hawley, Sandra; Kett, Joseph; Rieser, Andrew. The Enduring Vision: A History of the American People, Volume 1: To 1877, Concise. Cengage Learning. 2009. səh. 100. ISBN 978-1-111-78553-6. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Reno, Linda Davis. The Maryland 400 in the Battle of Long Island, 1776. McFarland. 2008. səh. 3. ISBN 978-0-7864-5184-5. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Hinks, Peter P. Encyclopedia of Antislavery and Abolition. Greenwood Publishing Group. 2007. səh. 508. ISBN 978-0-313-33144-2. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Trinity Church bicentennial celebration, may 5, 1897, By Trinity Church (New York, N. Y.) p. 37, ISBN 978-1-356-90825-7 "The People's Vote: President George Washington's First Inaugural Speech (1789)". U.S. News and World Report. sentyabr 25, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 1, 2008. "Residence Act". Web Guides: Primary Documents in American History. Library of Congress. fevral 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 23, 2017. Fortenbaugh, Robert. "The Nine Capitals of the United States". United States Senate. 1948. 9. 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 30, 2021. Shorto, Russell. "The Streets Where History Lives". The New York Times. fevral 9, 2004. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 19, 2013. Smil, Vaclav. Growth: From Microorganisms to Megacities. Cambridge, Massachusetts: The MIT Press. 2019. 336. ISBN 978-0-262-04283-3. OCLC 1085577162. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "An Act for the Gradual Abolition of Negro Slavery in New York" (L. 1799, Ch. 62) Harper, Douglas. "Emancipation in New York". Slave North. 2003. 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 6, 2013. "New York Divided: Slavery and the Civil War Online Exhibit". New-York Historical Society (physical exhibit). sentyabr 3, 2007. aprel 14, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 10, 2012. Lockwood, Charles. "Quintessential Housing Of the Past: Tenements". The New York Times. iyul 23, 1978. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 31, 2021. Harris, Leslie M. "African-Americans in New York City, 1626–1863". Department of History, Emory University. 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 31, 2021. "Cholera in Nineteenth Century New York". Virtual New York. City University of New York. 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 31, 2021. ↑ 1 2 3 Harris, Leslie M. The New York City Draft Riots // In the Shadow of Slavery: African Americans in New York City, 1626–1863. Çikaqo Universiteti. 2003. Excerpted from pages 279–288. ISBN 9780226317755. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. ↑ 1 2 McPherson, James M.; Hogue, James Keith. Ordeal by Fire: The Civil War and Reconstruction. McGraw-Hill Education. 2001. səh. 399. ISBN 978-0-07-743035-1. Cook, Adrian. The Armies of the Streets: The New York City Draft Riots of 1863. University Press of Kentucky. 1974. 193–195. ISBN 9780813162553. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "The 100 Year Anniversary of the Consolidation of the 5 Boroughs into New York City". NYC100 Centennial Celebration. oktyabr 11, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2010. Cudahy, Brian J. The New York Subway: Its Construction and Equipment : Interborough Rapid Transit, 1904. Fordham University Press. 2004. səh. 2. ISBN 978-0-8232-2401-2. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Blake, Angela M. How New York Became American, 1890–1924. Johns Hopkins University Press. 2009. 63–66. ISBN 978-0-8018-8874-8. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Sheard, Bradley. Lost Voyages: Two Centuries of Shipwrecks in the Approaches to New York. Aqua Quest Publications, Inc. 1998. səh. 67. ISBN 978-1-881652-17-5. "The 1911 Triangle Factory Fire". Kheel Center, Cornell University. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. Rosenwaike, Ira. Population History of New York City. Syracuse University Press. 1972. Table 30. ISBN 978-0-8156-2155-3. Gates Jr., Henry Louis; Higginbotham, Evelyn Brooks. Harlem Renaissance Lives from the African American National Biography. Oxford University Press. 2009. səh. 7. ISBN 978-0-19-538795-7. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Roche, Linda De. The Jazz Age: A Historical Exploration of Literature: A Historical Exploration of Literature. ABC-CLIO. 2015. 18–19. ISBN 978-1-61069-668-5. 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "New York Urbanized Area: Population & Density from 1800 (Provisional)". Demographia. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 8, 2009. Allen, Oliver E. Chapter 9: The Decline // The Tiger—The Rise and Fall of[Tammany Hall. Addison-Wesley Publishing Company. 1993. ISBN 978-0-201-62463-2. Burns, Ric. "The Center of the World—New York: A Documentary Film (Transcript)". PBS. avqust 22, 2003. iyun 23, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 1, 2008. Goicichea, Julia. "Why New York City Is a Major Destination for LGBT Travelers". The Culture Trip. avqust 16, 2017. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 2, 2019. "Workforce Diversity The Stonewall Inn, National Historic Landmark National Register Number: 99000562". National Park Service, U.S. Department of the Interior. March 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011. Rosenberg, Eli. "Stonewall Inn Named National Monument, a First for the Gay Rights Movement". The New York Times. iyun 24, 2016. 2020-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 25, 2016. Murphy, Timothy. Reader's Guide to Lesbian and Gay Studies. Routledge. 2013. səh. 572. ISBN 978-1-135-94234-2. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "Brief History of the Gay and Lesbian Rights Movement in the U.S." University of Kentucky. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: sentyabr 2, 2017. Frizzell, Nell. "Feature: How the Stonewall riots started the LGBT rights movement". PinkNews. iyun 28, 2013. 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2017. Stonewall riots // Encyclopædia Britannica. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2017. "Civil Rights at Stonewall National Monument". National Park Service, Department of the Interior. iyun 2016. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2017. "Obama inaugural speech references Stonewall gay-rights riots". North Jersey Media Group. yanvar 21, 2013. May 30, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 2, 2013. Williams, Cristan. "So, what was Stonewall?". The TransAdvocate. yanvar 25, 2013. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 28, 2017. Tannenbaum, Allan. "New York in the 70s: A Remembrance". The Digital Journalist. fevral 2004. 2012-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 18, 2011. Effgen, Christopher. "New York Crime Rates 1960–2009". Disastercenter.com. sentyabr 11, 2001. 2014-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2010. Waller, Irvin. Smarter Crime Control. Rowman & Littlefield. 2013. səh. 38. ISBN 978-1-4422-2170-3. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. Dieterle, David A. Economics: The Definitive Encyclopedia from Theory to Practice [4 volumes]. ABC-CLIO. 2017. səh. 396. ISBN 978-0-313-39708-0. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "Missing Doctor Added to List of 9/11 Victims". The New York Sun. New York: TWO SL LLC. Associated Press. iyul 10, 2008. 2008-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 21, 2013. Greenspan, Elizabeth. Battle for Ground Zero: Inside the Political Struggle to Rebuild the World Trade Center. St. Martin's Press/Harvard University. 2013. səh. 152. ISBN 978-1-137-36547-7. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09. "World Trade Center Transportation Hub". Port Authority of New York and New Jersey. yanvar 3, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. The state-of-the-art World Trade Center Transportation Hub, completed in 2016, serves 250,000 Port Authority Trans-Hudson (PATH) daily commuters and millions of annual visitors from around the world. At approximately 800,000 square feet, the Hub, designed by internationally acclaimed architect Santiago Calatrava, is the third largest transportation center in New York City. Hetter, Katia; Boyette, Chris. "It's official: One World Trade Center to be tallest U.S. skyscraper". CNN. noyabr 12, 2013. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 1, 2014. "New York City Skyscraper Diagram". SkyscraperPage.com. Skyscraper Source Media. 2013-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 22, 2013. "One World Trade Center". SkyscraperPage.com. Skyscraper Source Media. 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. The roof height is the same as original One World Trade Center. The building is topped out by a 124-meter (408-foot) spire. So the tower rises 1,776 feet (541-meter) which marks the year of the American declaration of Independence. Matthews, Laura. "One World Trade Center On Top As Tallest Building in New York City". International Business Times. aprel 30, 2012. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 22, 2013. Lesser, Benjamin. "It's official: 1 World Trade Center is now New York's tallest skyscraper". Daily News. New York. aprel 30, 2012. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 22, 2013. Nocera, Joe. "Two Days in sentyabr". The New York Times. sentyabr 14, 2012. İstifadə tarixi: May 6, 2017. On the left, that anger led, a year ago, to the rise of the Occupy Wall Street movement. Thus, Anniversary No. 2: Sept. 17, 2011, was the date Occupy Wall Street took over Zuccotti Park in Lower Manhattan, which soon led to similar actions in cities across the country. The movement's primary issue was income inequality—"We are the 99 percent", they used to chant. West, Melanie Grayce. "First Case of Coronavirus Confirmed in New York State". The Wall Street Journal (ingilis). mart 1, 2020. ISSN 0099-9660. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 10, 2020.
Photographies by:
Statistics: Position
1254
Statistics: Rank
94953

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
374526918Click/tap this sequence: 3767

Google street view

Where can you sleep near Nyu-York ?

Booking.com
489.962 visits in total, 9.198 Points of interest, 404 Destinations, 11 visits today.