Nərədüz abidələri — Göyçə mahalının Kəvər (13 aprel 1959-cu ildən etibarən Kamo) rayonunun Nərədüz (ermənilər bu adı Noradus kimi qeyd edirlər) kəndində alban memarlıq abidələri kompleksi. Kompleksə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII–XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir.

Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Buradakı qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bölgədə yerli alban əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.

Nərədüz qəbirsanlığındakı sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: "Bu məzar Allahın mərh...Read more

Nərədüz abidələri — Göyçə mahalının Kəvər (13 aprel 1959-cu ildən etibarən Kamo) rayonunun Nərədüz (ermənilər bu adı Noradus kimi qeyd edirlər) kəndində alban memarlıq abidələri kompleksi. Kompleksə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII–XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir.

Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Buradakı qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bölgədə yerli alban əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.

Nərədüz qəbirsanlığındakı sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: "Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhid…dir. Yeddi yüz dördüncü il" Hicri 704-cü il isə miladi təqvimlə 1304–1305-ci ilə təsadüf edir.

Nərədüz kəndi qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının vətəni olmuş, əraziyə ilk ermənilər 105 ailədə 605 nəfər olmaqla Türkiyədən köçürülmüşdür.

Photographies by:
Arantz - CC BY-SA 3.0
uncredited - CC BY-SA 3.0
Artak Kolyan aka Հանուման - CC BY-SA 3.0
Arantz - CC BY-SA 3.0
Statistics: Position
5628
Statistics: Rank
62281

Add new comment

CAPTCHA
Security
653481729Click/tap this sequence: 7396
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Nərədüz ?

Booking.com
8.715.276 visits in total, 407.503 Points of interest, 405 Destinations, 1.414 visits today.