Geqard və ya Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir..

Dini tikilinin tam adı Geqardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanıl...Read more

Geqard və ya Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir..

Dini tikilinin tam adı Geqardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır.

Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır. Monastır kompleksinin ərazisində çoxlu sayda daş divarların daxilində oyulmuş və ya sərbəst dayanan "xaçkarlar" - yəni ənənəvi erməni daş xatirə stelaları yerləşir. Ermənistanda turistlər tərəfindən ən çox ziyarət olunan tarixi abidə məhz Geqard monastırı hesab olunur.

Geqarda gələn insanların çoxu həmçinin yaxınlıqda, yəni Azat çayının aşağı axınında yerləşən Gərni məbədini də (hansı ki, öz quruluşuna görə məşhur Parfenon məbədini xatırladır) ziyarət üçün seçirlər. Hər iki yerə ziyarət o qədər geniş yayılmış bir haldır ki, ekskursiya qısaca olaraq "Gərni-Geqard" adlandırılır.

 Longin oxu, Üçkilsə, monastır kompleksinin adı bu relikviyadan qaynaqlanır.

Monastırın əsası IV əsrdə, mağarada başlanan müqəddəs bulağın yerində qoyulmuşdu. Buna görə də, monastır başlanğıcda Əyrivəng (erm. Այրիվանք) adlanırdı (tərcümədə "mağara monastırı"). Rəvayətə görə, monastırın təsisçisi Maarifçi Qriqori idi.[1]

İlk monastır binası IX əsrdə ərəblər tərəfindən məhv edilmişdi.[2] Əyrivəngin daha öncəki tikililərindən heç birisi salamat qalmamışdı. IV, VIII və X əsrlərdə yaşamış erməni tarixçilərinin məlumatına görə, monastır kompleksinə dini tikililərdən əlavə olaraq, həmçinin yaxşı təchiz edilmiş yaşayış və xidmət binaları da daxil idi. 923-cü ildə Ərəb xilafətinin vitse-regenti Nəsr Ermənistan ərazisinin idarə olunması üçün təyin edilmişdi və onun dövründə Əyrivəng çox ciddi zədələnmişdi[2]; o, bütün qiymətli əşyaları və o cümlədən nadir əlyazmaları talan etmiş, əzəmətli monastır binalarını isə yandırmışdı. Daha az əhəmiyyətli zərərə isə zəlzələlər səbəb olmuşdu.[3]

Yazılı kitabədə 1160-cı il qeyd olunmasına baxmayaraq, əsas kapella iki qardaş İvane və Zakare Zaxaryanın himayəsi altında 1215-ci ildə inşa edilmişdi.[4] Onların hər ikisi, türklərdən Ermənistanın böyük bir hissəsini azad Gürcü krallığının hökmdarı Tamaranın sərkərdələri idilər. Qismən azad duran, qismən isə qaya içinə oyulmuş Qavit (və ya pritvor) 1225-ci ildə, qaya süxurlarının daxilində həkk olunmuş kiçik kilsələr isə XIII əsrin ortalarında inşa edilmişdi. Bunun ardından, monastır Zakaryanların canişini və Proşyan knyazlığının əsasını qoymuş knyaz Proş Hahbakyan tərəfindən alınmışdır. Qısa müddət ərzində, Proşyanlar ikinci mağara kilsəsi, tayfa sərdabəsi, Papak və Ruzakanın jamatunu, görüş və təlim otağı (XX əsrin ortalarında dağılıb), keşiş hücrələrinin və digər Geqarda layiqli şöhrət qazandırmış mağara tikililərin inşaatına başlamışdılar.[5]

 Qayada yonulmuş kapellanın girişi və xaçkarlar

Qavitin şimal-şərq hissəsində uzanan otaq 1283-cü ildə Proş Hahbakyanın türbəsinə çevrilmişdi. Burada həmçinin bitişik otaq da vardır - otağın girişini Proşyan sülaləsinin gerbi (caynağında quzunu saxlayan qartal) bəzəyir.[6] Qavitin qərbindəki pilləkənlər 1288-ci ildə Papak Proşyan və onun həyat yoldaşı Ruzakan üçün oyulmuş dəfn otağına aparır. 1200-cü ildə Proşyanlar monastır kompleksini su sistemi ilə təchiz etmişdilər. O dövrdə Geqard həm də "Yeddi kilsə monastırı" və ya "Qırx altar monastırı" kimi tanınırdı.[6] Hər tərəfdən monastırı qayalıqlar, mağaralar və xaçkarlar əhatə edir. Monastır uzun müddət çalışmırdı və qış aylarında əsas kilsə qarapapaqlı köçərilərdən sığınacaq kimi istifadə olunurdu. Bütün bunlara Ermənistanın Rusiya imperiyasının ərazisinə qatıldıqdan sonra son qoyulmuşdu; belə ki, Eçmiədzindən olan bir neçə rahib monastırda yenidən əvvəlki ibadət ənənələrini geri qaytarmağı bacarmışdı. Günümüzə qədər monastır kompleksində salamat qalmış bütün dini tikililər ziyarət yeri və Ermənistanın ən vacib mədəni və turizm məkanlarından biri hesab olunur.[6]

Geqard həmçinin uzun illər boyunca qoruyub saxladığı müxtəlif müqəddəs əmanətləri ilə də tanınır.[2] Onlardan ən dəyərlisi - çarmıxa çəkilmiş İsa Məsihi sancan (yüzbaşı Longin tərəfindən) nizədir. Güman edilir ki, nizə apostol Faddey tərəfindən Ermənistana gətirilmiş və məhz bu səbəbdən də monastır öz hazırkı adını qazanmışdı.[6] "Geqardavəng" adı ilk dəfə 1250-ci ilə aid sənədli mənbələrdə qeyd olunmuşdu.[6] Bu faktın özü monastırı əsrlər boyu ermənilər üçün məşhur ziyarətgah yerlərindən birinə çevirmişdi. Apostollar Andrey və İoannın müqəddəs əmanətləri isə monastıra XII əsrdə bağışlanmışdı. Mömin ziyarətçilər sonrakı əsrlər boyunca monastıra əlavə torpaq ərazilərini, pullar, əlyazmalar və s. bu kimi hədiyyələr bağışlayırdılar. XII əsrdə mağara hücrələrinin birində məşhur erməni tarixçisi Mxitar Ayrivanetsi yaşamışdı.[6] Əfsanəvi nizədən savayı, tətbiqi incəsənətə aid heç bir əşya qorunub saxlanılmamışdı. Nizə dəstəyinin sonuna kənarları genişlənən yunan xaçı ilə bəzədilmiş rombşəkilli lövhə əlavə olunub. Hal-hazırda Eçmiədzinin xəzinəsində saxlanılan həmin nizəyə 1687-ci ildə xüsusi gümüş və qızıl suyuna çəkilmiş xüsusi bir örtük hazırlanmışdı. Bu örtük, XVII əsr erməni sənətkarlığının ən bariz nümunələrindən sayılır.[6]

MONASTERY OF GEGHARD Arxivləşdirilib 2010-04-04 at the Wayback Machine, worldheritagesite.org, İstifadə tarixi: 21 mart 2015 ↑ 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; unesco adlı istinad üçün mətn göstərilməyib Николай Михаилович Токарский - Гегард, Академия архитектуры СССР, 1948, 35 səh. Александр Арами Сахиниан – Архитектурные памятники Гарни и Гегарда, Айастан, 1969, səh. 28-41 Sitat səhvi: Yanlış <ref> teqi; Armenia adlı istinad üçün mətn göstərilməyib ↑ 1 2 3 4 5 6 7 Sitat səhvi: Yanlış <ref> teqi; Antonyan adlı istinad üçün mətn göstərilməyib
Photographies by:
Սէրուժ Ուրիշեան (Serouj Ourishian) - CC BY-SA 3.0
.mw-parser-output .responsive-license-cc{clear:both;text-align:center;box-sizing:border-box;width:10 - CC BY 2.5
Statistics: Position
979
Statistics: Rank
117415

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
729351846Click/tap this sequence: 5948

Google street view

Where can you sleep near Geqard monastırı ?

Booking.com
487.380 visits in total, 9.187 Points of interest, 404 Destinations, 6 visits today.