Mihrimah Sultan Camii (Üsküdar)

( Mehrimah Sultan məscidi (Üsküdar) )

Mehrimah Sultan məscidi (Üsküdar) — İstanbulun Üsküdar bölgəsinin meydanında yerləşən və Memar Sinanın Sultan Süleyman Qanuninin Xürrəm Sultandan olan qızı Mehrimah Sultan üçün tikdiyi məsciddir. Sinanın erkən dövr əsərlərindəndir. Tağı üç yanından yarım günbəzlərlə dəstəklənmişdir, amma ön cəbhədə yarım qübbə yoxdur.

Bu kompleks ilk tikiliş etibarilə məscid, mədrəsə, qız dini məktəbi, hamam, evsizlərin və yoxsulların qala biləcəyi təbxana, imarət və yoldan gələnlərin gecələməsi üçün xanədən ibarət olub. Ancaq günümüzədək təkcə məscid, mədrəsə və qız dini məktəbi gəlib çatmışdır. Məscidin qiblə istiqamətində və həyət divarlarının xaricində qalan qız dini məktəbi isə günümüzdə uşaq kitabxanası kimi xidmət göstərir. Mədrəsə hissəsi isə bir tibb mərkəzi tərəfindən istifadə edilir.

Aprel və may aylarında Bəyazid yanğın qülləsindən və ya o bölgədəki yüksək bir nöqtədən Mehrimah Sultan məscidinə doğru baxanda, səhər məscidin iki minarəsi arasından Günəşin doğması, axş...Read more

Mehrimah Sultan məscidi (Üsküdar) — İstanbulun Üsküdar bölgəsinin meydanında yerləşən və Memar Sinanın Sultan Süleyman Qanuninin Xürrəm Sultandan olan qızı Mehrimah Sultan üçün tikdiyi məsciddir. Sinanın erkən dövr əsərlərindəndir. Tağı üç yanından yarım günbəzlərlə dəstəklənmişdir, amma ön cəbhədə yarım qübbə yoxdur.

Bu kompleks ilk tikiliş etibarilə məscid, mədrəsə, qız dini məktəbi, hamam, evsizlərin və yoxsulların qala biləcəyi təbxana, imarət və yoldan gələnlərin gecələməsi üçün xanədən ibarət olub. Ancaq günümüzədək təkcə məscid, mədrəsə və qız dini məktəbi gəlib çatmışdır. Məscidin qiblə istiqamətində və həyət divarlarının xaricində qalan qız dini məktəbi isə günümüzdə uşaq kitabxanası kimi xidmət göstərir. Mədrəsə hissəsi isə bir tibb mərkəzi tərəfindən istifadə edilir.

Aprel və may aylarında Bəyazid yanğın qülləsindən və ya o bölgədəki yüksək bir nöqtədən Mehrimah Sultan məscidinə doğru baxanda, səhər məscidin iki minarəsi arasından Günəşin doğması, axşam gün batanda isə (Hicri təqviminə görə hər ayın 14-ü) Ayın doğması izlənilir. Eyni qüllədən qərbə, Mehrimah Sultan Ədirnəqapı məscidinə tərəf baxıldıqda səhər Ayın axşam isə Günəşin batması izlənilir.

Photographies by:
Statistics: Position
5240
Statistics: Rank
19399

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
258461739Click/tap this sequence: 4159

Google street view

Where can you sleep near Mehrimah Sultan məscidi (Üsküdar) ?

Booking.com
489.359 visits in total, 9.196 Points of interest, 404 Destinations, 186 visits today.