Topkapı Sarayı

( Topqapı sarayı )

Topqapı sarayı (türk. Topkapı Sarayı və ya osm. طوپقپو سرايى) — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi.

Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən "İstanbulun tarixi ərazisi"nin tərkibində UNESCO Ümumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir.

Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da...Read more

Topqapı sarayı (türk. Topkapı Sarayı və ya osm. طوپقپو سرايى) — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi.

Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən "İstanbulun tarixi ərazisi"nin tərkibində UNESCO Ümumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir.

Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. Sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanmışdır. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray "Yeni Saray" adlandırılmışdır. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlamışdır. 1509-cu il zəlzələsi və 1665-ci il yanğınından sonra sarayda əsaslı bərpa işləri aparılmış və saray genişlədilmişdir.

XVII əsrdən etibarən iqamətgah kimi saray əhəmiyyətini itirir, sultanlar daha çox Bosfor sahillərində inşa edilmiş saraylarda yaşamağa üstünlük verirlər. 1856-cı ildə Sultan I Əbdülməcid iqamətgahı şəhərin ilk Avropa stilli sarayı olan, yeni tikilmiş Dolmabağça sarayına köçürmək qərarına gəlir. Lakin, hökmdar xəzinəsi, kitabxana və sair funksiyaları yenə də Topqapı sarayı yerinə yetirirdi.

1923-cü ildə Osmanlı imperiyasının süqutundan sonra, 1 aprel 1924-cü ildə verilmiş hökumət fərmanı ilə saray imperiya dövrü muzeyi elan edilmişdir. Topqapı Saray Muzeyi Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Saray kompleksinə yüzlərlə otaqlar və zallar daxil olsa da, onlardan ən vacibləri bu gün ictimayət üçün açıqdır. Saray kompleksi nazirliyin nümayəndələri, o cümlədən Türk ordusu tərəfindən qorunur. Osmanlı memarlığının ən gözəl nümunələrini özündə birləşdirən sarayda çini, geyim, odlu silah, zireh, qalxan, Osmanlı miniatürləri, İslam əlyazmaları və divar rəsmləri, həmçinin Osmanlı xəzinəsinə aid olan zinət əşyaları nümayiş olunur.

Photographies by:
Statistics: Position
221
Statistics: Rank
289003

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
365217498Click/tap this sequence: 3741

Google street view

Where can you sleep near Topqapı sarayı ?

Booking.com
489.763 visits in total, 9.196 Points of interest, 404 Destinations, 14 visits today.