Context of Pont yunanları

Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bu günkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar.

Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər.

Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olara...Read more

Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bu günkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar.

Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər.

Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir. Sovet zamanı Pont yunanlarının əksəriyyəti rus dilini mənimsəyib.

Son vaxta qədər əsasən Şimali Qafqazda (Rusiyanın Stavropol, Krasnodar diyarlarında və Şimali Osetiyada) Ukraynanın Donetsk vilayətində, Gürcüstanın Borçalı bölgəsində və həmçinin Abxaziya və Acarıstanda, Ermənistanın şimal-şərqində (Tumanyan rayonunda) və Azərbaycanın Mehmana kəndində (Mardakert rayonu, indiki Kəlbəcər rayonu) yaşayırdılar. Yunanıstanda əsasən şimal və şimal-şərq bölgələrində məskunlaşıblar.

Azərbaycan aktrisası Panfiliya Tanailidi Pont yunan əsilli idi.

Where can you sleep near Pont yunanları ?

Booking.com
487.415 visits in total, 9.187 Points of interest, 404 Destinations, 41 visits today.