Kanamara Matsuri

Kanamara Matsuri (かなまら祭り?, "Polad penislər festivalı") — Yaponiyanın Kavasaki şəhərində, Kanayama məbədində (金山神社, Kanayama-jinja) keçirilən şintoizm festivalı. Festivalın konkret keçirildiyi gün dəyişkəndir: əsas tədbirlər aprel ayının ilk bazar gününə düşür. Penis tədbirin əsas mövzusudur, özünü şəkillərdə, konfetlərdə, naxışlı tərəvəzlərdə, dekorasiyalarda və mikoşi paradlarında göstərir.

Kanamara Matsuri yerli penis məbədində keçirilir. Əfsanəyə görə gənc bir qadının vajinasında gizlənmiş itidişli iblis (vagina dentata) iki kişinin toy gecəsində axtalamasına səbəb olmuşdur. Nəticədə, qadın bu problemi həll etmək üçün dəmirçidən kömək istəyir, dəmirçi iblisin dişlərini qırmaq üçün polad penis hazırlayır. Beləliklə, problem həll olunur. Əfsanə Bazil Hol Çemberleyn tərəfindən Aynu dilində "Qadınl...Read more

Kanamara Matsuri (かなまら祭り?, "Polad penislər festivalı") — Yaponiyanın Kavasaki şəhərində, Kanayama məbədində (金山神社, Kanayama-jinja) keçirilən şintoizm festivalı. Festivalın konkret keçirildiyi gün dəyişkəndir: əsas tədbirlər aprel ayının ilk bazar gününə düşür. Penis tədbirin əsas mövzusudur, özünü şəkillərdə, konfetlərdə, naxışlı tərəvəzlərdə, dekorasiyalarda və mikoşi paradlarında göstərir.

Kanamara Matsuri yerli penis məbədində keçirilir. Əfsanəyə görə gənc bir qadının vajinasında gizlənmiş itidişli iblis (vagina dentata) iki kişinin toy gecəsində axtalamasına səbəb olmuşdur. Nəticədə, qadın bu problemi həll etmək üçün dəmirçidən kömək istəyir, dəmirçi iblisin dişlərini qırmaq üçün polad penis hazırlayır. Beləliklə, problem həll olunur. Əfsanə Bazil Hol Çemberleyn tərəfindən Aynu dilində "Qadınlar adası" adı ilə çap olunmuşdur.

Kanayama məbədi zöhrəvi xəstəliklərdən qorunmağı arzu edən fahişələr arasında məşhurluq qazanmışdır.

Deyilənlərə görə, məbəd biznesdə və klanda müvəfəqiyyət təklif edir: asan doğuş, evliklik və münasib evlilik.

İlk festival 1977-ci ildə keçirilmişdir. İlk öncə kiçik festival olacağı güman olunmuşdu, amma daha sonra böyük festivala çevrilmişdir. Müasir dövrdə festivala çoxlu sayda turist axışır və əldə olunan gəlir QİÇS tədqiqatları üçün sərf olunur.

Photographies by:
Saya M. - CC BY-SA 2.0
Statistics: Position
4883
Statistics: Rank
20420

Add new comment

CAPTCHA
Security
397518264Click/tap this sequence: 3799
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Kanamara Matsuri ?

Booking.com
491.678 visits in total, 9.211 Points of interest, 405 Destinations, 4 visits today.