Context of Sinqapur

Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir.

Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə t...Read more

Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir.

Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur. 1867-ci ildə Cənub-Şərqi Asiyadakı koloniyalar yenidən təşkil edildi və Sinqapur Streyts-Setlmentsin [en] bir hissəsi olaraq Britaniyanın birbaşa nəzarəti altına keçdi. Sinqapur İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə Yaponiya tərəfindən işğal edildi və 1945-ci ildə Yaponiyanın təslim olmasından sonra ayrı bir tac koloniyası olaraq Britaniyanın nəzarətinə qayıtdı. 1959-cu ildə özünüidarə hüququ qazandı və 1963-cü ildə Malay, Şimali Borneo və Saravakla birlikdə Malayziyanın yeni federasiyasının bir hissəsi oldu. Sinqapur 1965-ci ildə suveren dövlət oldu.

More about Sinqapur

Basic information
  • Currency Sinqapur dolları
  • Calling code +65
  • Internet domain .sg
  • Mains voltage 230V/50Hz
  • Democracy index 6.03
Population, Area & Driving side
  • Population 1022100
  • Area 719
  • Driving side left

Where can you sleep near Sinqapur ?

Booking.com
487.402 visits in total, 9.187 Points of interest, 404 Destinations, 28 visits today.