ประเทศไทย
TailandContext of Tailand
Tailand Krallığı (Pratet Tai, tay ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir.
Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir.
Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır.
Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir. İstehsal, kənd təsərrüfatı və turizm ölkə iqtisadiyyatının aparıcı sektorlarıdır.
More about Tailand
- Currency Tailand batı
- Native name ประเทศไทย
- Calling code +66
- Internet domain .th
- Mains voltage 220V/50Hz
- Democracy index 6.04
- Population 66188503
- Area 513119
- Driving side left