Context of Şimali Makedoniya

Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak. Република Македонија) adlandırılmışdır. Beynəlxalq aləmdə isə daha çox Keçmiş Yuqoslav Respublikası Makedoniya (mak. Поранешна Југословенска Република Македонија) və ya sadəcə...Read more

Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak. Република Македонија) adlandırılmışdır. Beynəlxalq aləmdə isə daha çox Keçmiş Yuqoslav Respublikası Makedoniya (mak. Поранешна Југословенска Република Македонија) və ya sadəcə Makedoniya (mak. Македонија) kimi tanınmışdır

Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçilmişdir, lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən hər iki tərəfin maraqlarına uyğun olaraq Makedoniyanın adı Şimali Makedoniya Respublikası ilə əvəz olunmuşdur. Ölkənin adının dəyişdirilməsi rəsmi olaraq 2019-cu ilin 12 fevral tarixində qüvvəyə minmişdir.

Şimali Makedoniya coğrafiyasının əsasını dağlar, dərələr və çaylar təşkil edir. Ölkə əhalisinin əsası makedonlardan təşkil olunmuşdur. Albanlar ölkənin 25%-ni təşkil edir. Şimali Makedoniyada eyni zamanda bəlli sayda türklər, romanlar, serblər, boşnaklar, arumınlar və bolqarlar da yaşayır.

Peoniya çarlığından başlayan ölkənin tarixi qədim zamanlara dayanır. E.ə. 6-cı əsrdə ölkə ərazisi Əhəmənilər dövlətinin parçası olmuş və daha sonra 4-cü əsrdə Makedoniya çarlığı tərəfindən işğal olunmuşdur. E.ə. 2-ci əsrdə Romalılar bölgəni fəth edərək, Makedoniya əyaləti ilə birləşdirmişdirlər. Ərazi Bizans İmperiyasının tərkibində yer almış və dəfələrlə slavyan tayfalarının hücumuna məruz qalmışdır. Bizans, Bolqar və Serb imperiyaları arasında yaşanan çaxnaşmaların ardınca 14-cü əsrdən 20-ci əsrin əvvəllərinədək ərazi Osmanlı İmperiyasının hökmranlığı altında qalmışdır. 1912–1913-cü illərdə baş verən Balkan müharibələrindən sonra indiki Şimali Makedoniya ərazisi serblərin hökmranlığına keçmişdir. Birinci Dünya müharibəsinin (1914–1918) ardınca Yuqoslaviya krallığı ilə birləşmiş, İkinci Dünya müharibəsi zamanı bolqarlar ələ keçirmiş və 1945-ci ildə müharibədən sonra respublika olaraq yenidən yaranmış və 1965-ci ildən etibarən Yuqoslaviya Sosialist Federativ Respublikasının bir pir parçası olmuşdur. Şimali Makedoniya 1991-ci ilədək Yuqoslaviyanın tərkibində Makedoniya Sosialist Respublikası kimi qalmışdır.

Şimali Makedoniya parlamentli respublikadır və Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və 2020-ci ildən etibarən NATO üzvüdür. Şimali Makedoniya 2005-ci ilin dekabr ayından Aİ-yə üzv olmaq üçün danışıqlar aparır.

Phrasebook

Salam
Здраво
Dünya
Светот
Salam dünya
Здраво свету
Çox sağ ol
Ви благодарам
sağol
Збогум
Bəli
Да
Yox
бр
Necəsən?
Како си?
Yaxşı, təşəkkür edirəm
Фино, благодарам
Neçəyədir?
Колку е?
Sıfır
Нула
bir
Еден

Where can you sleep near Şimali Makedoniya ?

Booking.com
489.461 visits in total, 9.196 Points of interest, 404 Destinations, 99 visits today.