Context of Dubrovnik

Dubrovnik — Dalmaçiya regionunda, Adriatik dənizinin sahilində yerləşən Xorvatiya şəhəri. Bu şəhər Dubrovnik–Neretva qraflığının mərkəzi və dəniz limanı, Aralıq dənizi sahilində məşhur turizm mərkəzlərindən biridir. Şəhərin ümumi əhalisi 2011-ci il siyahıyaalmasına əsasən, 42,615 nəfərdir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib.

Dubrovnik şəhərinin inkişafı tarixən dəniz ticarəti əsasənda qurulub. Dəniz respublikası Raqusanın paytaxtı kimi bu şəhər xüsusilə XV və XVI əsrlər ərzində inkişafının ən yüksək səviyyəsinə çatıb. Dubrovnik öz zənginliyi və bacarıqlı diplomatiyası ilə tanınıb.

Dubrovnikdə müasir turizmin başlanğıcı 1897-ci ildə burada İmperial otelinin tikintisi ilə bağlıdır. CNNGo-ya görə Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir. Dubrovnik Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə müharibədən qorunmaq üçün hərbisizləşdirilməsinə baxmayaraq, t...Read more

Dubrovnik — Dalmaçiya regionunda, Adriatik dənizinin sahilində yerləşən Xorvatiya şəhəri. Bu şəhər Dubrovnik–Neretva qraflığının mərkəzi və dəniz limanı, Aralıq dənizi sahilində məşhur turizm mərkəzlərindən biridir. Şəhərin ümumi əhalisi 2011-ci il siyahıyaalmasına əsasən, 42,615 nəfərdir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib.

Dubrovnik şəhərinin inkişafı tarixən dəniz ticarəti əsasənda qurulub. Dəniz respublikası Raqusanın paytaxtı kimi bu şəhər xüsusilə XV və XVI əsrlər ərzində inkişafının ən yüksək səviyyəsinə çatıb. Dubrovnik öz zənginliyi və bacarıqlı diplomatiyası ilə tanınıb.

Dubrovnikdə müasir turizmin başlanğıcı 1897-ci ildə burada İmperial otelinin tikintisi ilə bağlıdır. CNNGo-ya görə Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir. Dubrovnik Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə müharibədən qorunmaq üçün hərbisizləşdirilməsinə baxmayaraq, top atəşi nəticəsində ciddi dağıntılara məruz qalıb.

Where can you sleep near Dubrovnik ?

Booking.com
489.361 visits in total, 9.196 Points of interest, 404 Destinations, 1 visits today.