Context of Monqolustan

Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə ...Read more

Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.

Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

More about Monqolustan

Basic information
  • Calling code +976
  • Internet domain .mn
  • Mains voltage 220V/50Hz
  • Democracy index 6.48
Population, Area & Driving side
  • Population 3409939
  • Area 1566000
  • Driving side right

Where can you sleep near Monqolustan ?

Booking.com
489.353 visits in total, 9.196 Points of interest, 404 Destinations, 180 visits today.