Context of İsrail


İsrail (ivr. יִשְׂרָאֵל‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. מְדִינַת יִשְׂרָאֵל‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir. Dövlətin iqtisadi və texnoloji mərkəzi Təl-Əviv, hökumətin mərkəzi və elan edilmiş paytaxtı Yerusəlimdür. Lakin dövlətin Yerusəlim üzərində suverenliyinin tanınması məhduddur.

İsrail torpağı Afrika xaricindəki ilk...Read more


İsrail (ivr. יִשְׂרָאֵל‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. מְדִינַת יִשְׂרָאֵל‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir. Dövlətin iqtisadi və texnoloji mərkəzi Təl-Əviv, hökumətin mərkəzi və elan edilmiş paytaxtı Yerusəlimdür. Lakin dövlətin Yerusəlim üzərində suverenliyinin tanınması məhduddur.

İsrail torpağı Afrika xaricindəki ilk hominidlərin köç nöqtələrindən biri olmuşdur. Kənan qəbilələri bu bölgədə Orta Tunc dövründən yaşamış, İsrail Krallığı və Yəhudi Krallığı dəmir dövründə qurulmuşdur. E.ə. 720-ci ildə Yeni Assuriya İmperiyasının yaranması ilə İsrail Krallığı süquta uğramışdır. Yəhudi Krallığı, sırasıyla Babil, Fars və Yunan imperiyaları tərəfindən işğal edilmiş, lakin muxtar statusu olan yəhudiliyi qoruyub saxlamışdır. Məkkəbi üsyanı nəticəsində e.ə. 110-cu ildə Haşmoneyi Krallığı qurulsa da, əvvəlcə e.ə. 63-cü ildə Roma Respublikasının vassal dövləti olmuş, daha sonra e.ə. 37-ci ildə Herod xanədanlığı mərkəzi hökmdar olaraq təyin edilmiş, e.ə 6-cı ildə isə Yəhudiyyə adı altında Roma İmperiyasının vilayəti olaraq yenidən qurulmuşdur. Yəhudiyyə uzun müddət Roma İmperiyasının vilayəti olaraq qalmış, lakin üsyanlar nəticəsində Roma hökmdarları şəhəri atəşə vermiş, yəhudilər qovulmuş və bölgənin adı Suriya Fələstini olaraq dəyişdirilmişdir. Sonradan bölgədəki yəhudilərin varlığı əsrlər boyu müəyyən dərəcədə davam etmişdir. Eramızın VII əsrində Levant, ərəblər tərəfindən Bizans İmperiyasından alınmış və bölgədəki ərəb hökmranlığı 1099-cu il Birinci Səlib yürüşünə qədər davam etmişdir. 1187-ci ildə Əyyubilərlə birlikdə müsəlmanlar yenidən bölgəyə hakim olmuş, XIII əsrdə məmlüklər Misirdən bu bölgəyə qədər olan əraziləri öz torpaqlarına qatmışdır. 1517-ci ildə Məmlüklər, Osmanlı İmperiyası tərəfindən məğlub edilmiş və bu bölgədəki Osmanlı hökmranlığı, imperiyanın Birinci Dünya Müharibəsində dağılmasına qədər davam etmişdir. XIX əsrdə, milli yəhudi oyanışı ilə yəhudi diasporunda sionist hərəkat meydana gəlmiş, Osmanlı Suriyası və Fələstin mandatına yəhudilərin sürətli köçü baş tutmuşdur.

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə bölgədə müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi. Ərəb liderləri rədd etsə də, Yəhudi Agentliyi bu planı qəbul etdi. Növbəti il Yəhudi Agentliyi İsrail Dövlətinin müstəqilliyini elan etdi və 1948-ci il Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin Mandat ərazisinin əksəriyyətini əlində saxlamağa nail olsa da qonşu ərəb ölkələri isə İordan çayının qərb sahili və Qəzzəni ələ keçirmiş oldu. Bu müharibədən sonra İsrail və ərəb ölkələri arasında bir çox müharibələr baş tutdu. 1967-ci ildəki altı günlük müharibədən sonra İsrail İordan çayının qərb sahili, Qəzzə zolağı və Qolan təpələrini ələ keçirmiş oldu. Şərqi Yerusəlim və Qolan təpələrində hakimiyyəti ələ keçirsə də, İordan çayının qərb sahilində uğursuzluq yaşandı. İsrailin Fələstin torpaqlarının işğalı müasir dövrün ən uzun müddətli işğallarından biridir. İsrail-Fələstin münaqişəsinə beynəlxalq səviyyədə son qoyma səyləri daim uğursuzluqla nəticələnsə də, İsrail ilə Misir və İordaniya arasında sülh müqavilələri imzalanmışdır.

Müstəqillik bəyannaməsinə görə İsrail müstəqil bir yəhudi dövlətidir. İsrail, eyni zamanda yəhudilərlə yanaşı, bütün etnik qrupların din, dil və irqdən asılı olmayaraq bərabər hüquqlara sahib olduğu çoxmillətli və demokratik bir dövlətdir. İsrail əhəmiyyətli etno-mədəni müxtəlifliyi ilə seçilir. Ölkənin əhalisinin əsas hissəsini 6.772.000 nəfər ilə yəhudilər (74.1%), 1.916.000 nəfər ilə ərəblər (21%), 448.000 nəfər ilə digər millətlər təşkil edir. İsrail inkişaf etmiş bir ölkədir və İƏİT üzvüdür. Nominal ÜDM dəyərlərinə görə dünyanın ən böyük 31-ci iqtisadiyyatına sahibdir və hazırda münaqişə vəziyyətində olan ən inkişaf etmiş ölkələrdən biridir. Yaxın Şərqdə yaşayış standartları, ali təhsilli vətəndaşların nisbəti, araşdırma və inkişaf xərclərinin ÜDM-də nisbəti, qadınların təhlükəsizliyi, ömür müddəti, innovativlik və xoşbəxtlik baxımından ilk sıradadır.

More about İsrail

Basic information
  • Currency Yeni İsrail şekeli
  • Native name ישראל
  • Calling code +972
  • Internet domain .il
  • Mains voltage 230V/50Hz
  • Democracy index 7.84
Population, Area & Driving side
  • Population 9840000
  • Area 20770
  • Driving side right

Phrasebook

Salam
שלום
Dünya
עוֹלָם
Salam dünya
שלום עולם
Çox sağ ol
תודה
sağol
הֱיה שלום
Bəli
כן
Yox
לא
Necəsən?
מה שלומך?
Yaxşı, təşəkkür edirəm
טוב תודה
Neçəyədir?
כמה זה?
Sıfır
אֶפֶס
bir
אחד

Where can you sleep near İsrail ?

Booking.com
489.106 visits in total, 9.195 Points of interest, 404 Destinations, 12 visits today.