Çufutqala və ya Çıfıt qala (Kırımtatar dili: Çufut Qale, Ukrayna dili: Чуфут-Кале, Rusca: Чуфут-Кале, Karayca: Джуфт Къале, Cuft Kale) — Ukraynanın Krım Muxtar Respublikasında Bağçasaray yaxınlığında VIII-XIX əsrlər arasında yaşayış üçün istifadə edilmiş Orta əsr qalası və mağaralar.

Baxçasarayın yerləşdiyi dar dərənin şərq istiqamətindəki Zincirli mədrəsədən yuxarı baxanda, üzərində Çufutqalanın də yerləşdiyi böyük qaya kütləsi ilə üzləşilir. Qalanın şərq divarı hələ yaxşı vəziyyətdə qalmaqdadır (1396 - 1433).

Bağçasaraydan 3,5 km məsafədə, bir uçurum kənarında yerləşən Çufutqalaya çatmaq üçün, Zincirli mədrəsə yolundan davam etmək lazımdır. Çufutqala əsrlər əvvələ uzanan tarixi içində saxladığı əsərləri mühüm bir mədəniyyət xəzinəsidir. Eyni zamanda Krım Tatar tarixində də mühüm yer tutur.

Bağçasaray ətrafındakı əhəngli qayalıqlarda təbii aşınmalardan ibarət olan mağaralarda Neolit dövründən bəri bir çox millətlərdən olan insanlar yaşamışdır. Yə...Read more

Çufutqala və ya Çıfıt qala (Kırımtatar dili: Çufut Qale, Ukrayna dili: Чуфут-Кале, Rusca: Чуфут-Кале, Karayca: Джуфт Къале, Cuft Kale) — Ukraynanın Krım Muxtar Respublikasında Bağçasaray yaxınlığında VIII-XIX əsrlər arasında yaşayış üçün istifadə edilmiş Orta əsr qalası və mağaralar.

Baxçasarayın yerləşdiyi dar dərənin şərq istiqamətindəki Zincirli mədrəsədən yuxarı baxanda, üzərində Çufutqalanın də yerləşdiyi böyük qaya kütləsi ilə üzləşilir. Qalanın şərq divarı hələ yaxşı vəziyyətdə qalmaqdadır (1396 - 1433).

Bağçasaraydan 3,5 km məsafədə, bir uçurum kənarında yerləşən Çufutqalaya çatmaq üçün, Zincirli mədrəsə yolundan davam etmək lazımdır. Çufutqala əsrlər əvvələ uzanan tarixi içində saxladığı əsərləri mühüm bir mədəniyyət xəzinəsidir. Eyni zamanda Krım Tatar tarixində də mühüm yer tutur.

Bağçasaray ətrafındakı əhəngli qayalıqlarda təbii aşınmalardan ibarət olan mağaralarda Neolit dövründən bəri bir çox millətlərdən olan insanlar yaşamışdır. Yəhudi qalası da deyilən Çufutqala bu sıldırım vadinin yamaclarına inşa edilmişdir. Çufutqaladakı mağaraların hər yerə çıxışları vardır. Bu mağaralar sülh zamanı saxlanma, müharibə zamanı müdafiə məqsədi ilə gizlənmək üçün istifadə edilmişdir. Müdafiə məqsədli güclü istehkamları, qüllələri, mağaraları, əlçatmaz divarları, təbii maneələri və uçurumları var. Şərqdən gələn təhlükələrə qarşı xalq məhsuldar və münbit vadilər yerinə bu mağaralarda yaşamışdılar. Mağaralarda rahiblərin yaşadığı hücrələr, çilə otaqları, yeraltı məzarları, məbəd və təsərrüfat təyinatlı binalar yerləşir.

Populyar mədəniyyətdə, Jasper Kent tərəfindən yazılmış "The Danilov Quintet" (Danilov Beşləməsi) adlı roman silsiləsinin ikinci kitabı olan "Thirteen Years Later" (On üç il sonra) adlı romanda Çufutqaladan ətraflı bəhs edilir.

Photographies by:
Peter Ashton (en:User:Fax62machine) - Public domain
Tiia Monto - CC BY-SA 3.0
Zones
Statistics: Position
8866
Statistics: Rank
24504

Add new comment

CAPTCHA
Security
596183742Click/tap this sequence: 3299
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Çufutqala ?

Booking.com
8.712.345 visits in total, 407.503 Points of interest, 405 Destinations, 9.843 visits today.