Chicago

( Çikaqo )

Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir.

Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-də üçüncü şəhərdir.

Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-də ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.

Bir neçə onilliklər bundan öncə Çikaqo iqtisadiyyatının aparıcı sahəsi ət sənayesi idi. Bu gün o, öz yeri...Read more

Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir.

Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-də üçüncü şəhərdir.

Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-də ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.

Bir neçə onilliklər bundan öncə Çikaqo iqtisadiyyatının aparıcı sahəsi ət sənayesi idi. Bu gün o, öz yerini ağır sənayeyə – qara metallurgiya, kimya və maşınqayırma sahələrinə verərək artıq ikinci yerdədir. Şəhərin "The Loop" adlanan işgüzar mərkəzində ABŞ-nin şimalında ən iri banklar, korporasiya və trest idarələrinin binaları cəmləşir. Burada həmçinin hər il milyonlarla turistləri cəlb edən butiklər, restoranlar, bahalı otellər, ən məşhur sərgi zalları yerləşir.

Photographies by:
Statistics: Position
1316
Statistics: Rank
188885

Add new comment

CAPTCHA
Security
793682415Click/tap this sequence: 7348
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Çikaqo ?

Booking.com

What can you do near Çikaqo ?

8.714.255 visits in total, 407.503 Points of interest, 405 Destinations, 393 visits today.