Desierto de Atacama

( Atakama )

Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi.

Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır.

Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir. Səhranın bəzi regionlarında qış aylarında sıx dumanlar müşahidə olunur. Nadir bitkiləri yoxdur: əsas bitkiləri kaktuslar (məsələn, Rod Kopyapoa) və kollar təşkil edir. Fauna aləmi xeyli azdır. Sahilboyu qayalarda balıq ilə qidalanan quşlar yaşayır. Atakama səhrası m...Read more

Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi.

Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır.

Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir. Səhranın bəzi regionlarında qış aylarında sıx dumanlar müşahidə olunur. Nadir bitkiləri yoxdur: əsas bitkiləri kaktuslar (məsələn, Rod Kopyapoa) və kollar təşkil edir. Fauna aləmi xeyli azdır. Sahilboyu qayalarda balıq ilə qidalanan quşlar yaşayır. Atakama səhrası mis, qalay, qızıl, yod, duz və s. ehtiyatlarla zəngindir.

Sakit okeanın sahilində, səhra ilə sərhəddə Çilinin böyük portları olan Arik və İkike portları yerləşir.

Photographies by:
Statistics: Position
992
Statistics: Rank
220536

Add new comment

CAPTCHA
Security
251463897Click/tap this sequence: 4183
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Atakama ?

Booking.com

What can you do near Atakama ?

8.713.285 visits in total, 407.503 Points of interest, 405 Destinations, 2.636 visits today.