Via Appia

( Appi yolu )

Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir. Appi yolundan 6-cı əsrədək istifadə olunmuşdur. Appi yolu indi də qalmaqdadır.

Photographies by:
Livioandronico2013 - CC BY-SA 4.0
Statistics: Position
4289
Statistics: Rank
80659

Add new comment

CAPTCHA
Security
587126493Click/tap this sequence: 4699
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Appi yolu ?

Booking.com
9.011.854 visits in total, 407.503 Points of interest, 405 Destinations, 5.623 visits today.