Abomey Kral sarayları


Abomey Kral sarayları — Benində, əvvəllər Dahomeya krallığının paytaxtı olmuş Abomey şəhərində 40 hektar ərazi üzərində qurulmuş 12 saraydan ibarət kompleksdir.

Krallıq 1625-ci ildə, 19 əsrin sonlarına qədər Avropa qul tacirləri ilə ticarəti üstün tutan və hərbi əsirlərini satdıqları güclü bir hərbi və ticarət imperiyasına çevirmiş Fon xalqı tərəfindən qurulmuşdu. Saraylarda 8000 nəfərə qədər yerləşə bilirdi. Kral sarayına akuehue kimi tanınan iki mərtəbəli bina daxil idi. Krallıq 1625–1900-cü illərdə hakimiyyətdə olmuş on iki padşahın rəhbərliyi altında ikən Afrikanın qərb sahillərinin ən güclülərindən birinə çevrildi.

UNESCO sarayları Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısına daxil etmişdir. Bunun ardınca, Abomey 15 mart 1984-cü ildə kral saraylarını və muzeyləri tornado vurulduğundan ərazi Təhlükədə olan Dünya irsinin siyahısına daxil edilmişdi. Bununla birlikdə, bir sıra beynəlxalq qurumların köməyi ilə bərpa və abadlıq işləri başa çatdırı...Read more


Abomey Kral sarayları — Benində, əvvəllər Dahomeya krallığının paytaxtı olmuş Abomey şəhərində 40 hektar ərazi üzərində qurulmuş 12 saraydan ibarət kompleksdir.

Krallıq 1625-ci ildə, 19 əsrin sonlarına qədər Avropa qul tacirləri ilə ticarəti üstün tutan və hərbi əsirlərini satdıqları güclü bir hərbi və ticarət imperiyasına çevirmiş Fon xalqı tərəfindən qurulmuşdu. Saraylarda 8000 nəfərə qədər yerləşə bilirdi. Kral sarayına akuehue kimi tanınan iki mərtəbəli bina daxil idi. Krallıq 1625–1900-cü illərdə hakimiyyətdə olmuş on iki padşahın rəhbərliyi altında ikən Afrikanın qərb sahillərinin ən güclülərindən birinə çevrildi.

UNESCO sarayları Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısına daxil etmişdir. Bunun ardınca, Abomey 15 mart 1984-cü ildə kral saraylarını və muzeyləri tornado vurulduğundan ərazi Təhlükədə olan Dünya irsinin siyahısına daxil edilmişdi. Bununla birlikdə, bir sıra beynəlxalq qurumların köməyi ilə bərpa və abadlıq işləri başa çatdırıldı. Abomeydə aparılan düzəliş işləri və alınan hesabatlara əsasən, UNESCO Benindəki Abomey Kral saraylarını 2007-ci ilin iyul ayında Təhlükədə olan Dünya İrsi Siyahısından çıxarmaq qərarına gəldi.

Abomeynin gizli ərazisi daxilində, səltənətin 12 hökmdarı tərəfindən inşa edilən saraylar 1695–1900-cü illərdə imperiyanın ənənəvi mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərirdi. Sarayların inşasına başlamış ilk hökmdar, şəhərin qurucusu olan Kral Houeqbaga idi.[1]

Folklora görə Abomeydəki 12 kral sarayını tikdirən kral sülaləsi Tado şahzadəsi Aliqbonon və bir panteranın nəslindən idi. Onların səltənəti Abomeydə, indiki Benin Respublikasının cənub hissəsində mövcud idi. Houeqbaga (1645–1685) Abomey yaylasında səltənət quran və krallıqın fəaliyyət göstərməsi, siyasi rolu, varislik qaydaları və s. üçün qanuni əsaslar qoyan padşah idi.[2]

Kral Aqaya (1718–140) 1724-cü ildə Allada və 1727-ci ildə Nedah Krallığını məğlub etdi. Bu bir neçə məhbusun öldürülməsi ilə nəticələndi. Məhbusların çoxu isə qul kimi satıldı. Bu müharibələr Dahomeyanın qul ticarəti (avropalılarla Nedah limanı üzərindən həyata keçirildiyi) hökmranlığının başlanğıcı idi.[2][3]

Lakin 19-cu əsrdə Böyük Britaniyada antislaviya hərəkatının artması ilə Kral Qezo (1818–1858) ölkədə kənd təsərrüfatının inkişafına başlamış və bu, qarğıdalı və xurma yağı kimi kənd təsərrüfatı məhsullarının ixracı ilə əldə edilmiş iqtisadi rifahı ilə nəticələnmişdir.[2]

1892–1894-cü illərdə Fransa və Dahomeya arasında döyüşlər baş verdi. Dahomeya əvvəlcə hətta Fransa ordusunun başçısının döyüşdə öldürüldüyü bir çox döyüşdə qalib gəldi. Son müstəqil Dahomeya kralı olan Behanzinin qardaşı Fransaya sirləri açaraq taxt-taca xəyanət etdi, buna görə Behanzin Abomeyə atəş açdı. Fransızlar sonda onu Martinikaya sürgün etdilər. Onun varisi Kral Aqooli Aqbonun yalnız 1900-cü ildə Qabona sürgün olunana qədər hakimiyyətdə olduğu düşünülür. 1960-cı ildə, bu günkü Benin Fransadan müstəqillik əldə edərkən ölkə əvvəlcə Dahomeya adını almışdı.[3]

Krallığın rəsmi tarixi bir sıra polixrom gil barelyeflərdən öyrənilmişdir.[4]

Piqué, Francesca; Rainer, Leslie H. Palace sculptures of Abomey: history told on walls. Getty Conservation Institute and the J. Paul Getty Museum. 1999. səh. 33. ISBN 978-0-89236-569-2. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2011. ↑ 1 2 3 "History". Official web site of Historical Museum of Abomey. 14 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2010. ↑ 1 2 "Dahomey". The Ouida Museum of History. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2011. Rainer, Leslie; Rivera, Angelyn Bass; Gandreau, David. Terra 2008: The 10th International Conference on the Study and Conservation of Earthen Architectural Heritage. Getty Publications. 14 June 2011. səh. 91. ISBN 978-1-60606-043-8. İstifadə tarixi: 15 April 2011.
Photographies by:
Zones
Statistics: Position
3074
Statistics: Rank
38399

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
941752386Click/tap this sequence: 9351

Google street view

Where can you sleep near Abomey Kral sarayları ?

Booking.com
489.929 visits in total, 9.198 Points of interest, 404 Destinations, 94 visits today.