Makoko
Makoko materik Laqosun (Nigeriyanın paytaxtı) sahilində yerləşən 3-cü Materik Körpüsü üzərində yerləşən qeyri-rəsmi yaşayış məntəqəsidir. İcmanın üçdə biri laqon boyunca dayaqlar üzərində tikilib, qalan hissəsi isə qurudadır. İcmanın sahilyanı hissəsində əsasən Badaqari və Benin Respublikasından köçmüş və əsas məşğuliyyəti balıqçılıq olan Egun xalqı yaşayır.
Makoko su yollarına görə bəzən "Afrikanın Venesiyası" adlandırılır. Əhalisi 85,840 nəfər hesab olunur; lakin, ərazi rəsmi olaraq 2007-ci il siyahıyaalınmasının bir hissəsi kimi nəzərə alınmadı və əhalinin daha çox olduğu təxmin edildi. 2012-ci ilin iyulunda Laqos ştatı hökuməti elektrik xətlərinin kənarındakı bəzi dayaqların lazımi xəbərdarlıq edilmədən sökülməsini əmr etdi. Bu, İwaya/Makoko sahilindəki bir neçə dayağın dağıdılmasına səbəb oldu və bir çox ailə evsiz qaldı.
Add new comment